Qadin.NET / Oberammerqau

Oberammerqau

Oberammerqau

Yer üzündə insanın görə biləcəyi minlərlə gözəlliklər mövcuddur. Hər şəhərin, hər kəndin, hər küçənin öz tarixi olduğu kimi, fərqliliyi də vardır. Bu gün sizə təqdim etdiyim yeri özüm də çox görmək istərdim.

Oberammerqau -Almaniyada (Bovariyada) kommunadır. Əhalisi 5228 nəfər ( 31.12.2010). Sahəsi 30,06 km²-dir. Balaca şəhərcikdə demək olar ki, bütün evlər freskalarla bəzədilib. Ammer çayının sahilində olduğu üçün Oberammerqau adlanır. Bu kəndin sakinləri ağacişləmə və rəssamlıqla məşhurdurlar.

Oberammerqau

Oberammerqau

Oberammerqau

Oberammerqau
Bu kəndin maraqlı tarixi var. Kənd hetlər tərəfindən salınsa da sonralar romalılar bu yerlərə Auqsburqu və Romanı birləşdirən yol çəkdilər. Buna görə XVII əsrə qədər bu diyar çiçəkləndi. Lakin 1633-cü ildə vəba xəstəliyi yayıldıdığından bir çox insan tələf oldu. Oberammerqau sakinləri ölənlərinin ruhunu yad etmək məqsədi ilə tamaşa səhnələşdirdilər. Tezliklə vəba xəstəliyi bitdi və kənd sakinləri hər 10 ildən bir belə tamaşalar səhnələşdirəcəklərinə söz verdilər. 
Oberammerqau

Oberammerqau
1871-ci ildə tamaşa xüsusi ilə kral  II Lyudviq üçün hazırlanmışdır. Tamaşa krala çox təsir etdi və o şəhərə mərmər xaç bağışladı.

Oberammerqau

Oberammerqau

Oberammerqau
Bu kəndin digər xüsusiyyəti isə Luftlmalerei adlanan divar rəsmləridir. 1748-ci ildə Oberammerqauda Frans Svink adlı rəssam dünyaya gəldi. O divarlarda çəkdiyi freskalarla məşhurlaşdı. Burada hər bir evin öz adı var. Fransın yaşadığı ev "Zum Luftl" adlandığı üçün divar rəsmləri Luftlmalerei adını aldı.
Oberammerqau

Oberammerqau

Oberammerqau

Oberammerqau

Oberammerqau

Oberammerqau
30 mart 2014
GO BACK