Qadin.NET / Əcaib qadınlar

Əcaib qadınlar

Əcaib qadınlar

Bəzən qadınlar bir-birlərinin gözəlliklərini anlamayacaq, təqdir etməyəcək qədər qısqanclıq hissi keçirirlər. Özünə baxmayan, kobud burunlu, kiçik ağızlı qadınları belə dünyanın ən çirkin varlığı kimi seyr edənlər də vardır. Belələrini görəndə əsəb keçirməmək mümkün deyil. Qardaşım "Bir qadın gözəldirsə bəyənib, təsdiqləyəcəksən, başqa çarən yoxdur" - deyir mənə!.. Gözəllik bizim əlimizdə olan bir şey deyil ki?! Tanrı elə yaradır, baxaq və möcüzəni görək, görə bilək deyə.. Hamımızda qaş, göz var, amma bir başqasınınkı möhtəşəm olur… Məsələn, mənim gözlərim gözəldir, amma məndən daha gözəl gözlülər də vardır. O zaman heyran-heyran baxıram.

Əcaib qadınlar

Bu yaxınlarda bir hadisəyə şahid oldum. Ofisdə birlikdə çalışdığım bir yoldaşım var. Çox qəşəngdir, irigözlü, ağzı, burnu düz, baxımlı, gülərüzlü, təsiredici səsli…. Hər görən onu bəyənir. Məsələn, xalam onu çox bəyənirdi. Mən də eləyəm, bir qadın gözəldirsə, "Mən ağlımı itirdim, bəs kişilər nə etsin?" deyirəm.

Xanımlar, insanı gözəl göstərən başqa şeylərdir. Dünya gözəlləri bəzən dünyanın ən çirkini kimi görünər, bəzən ilk baxışda çirkin kimi gördüyünüz sonra dünyanın ən gözəl qadını olar. Kimin qəlbinin gözəlliyi üzündə əks olunubsa, bax, odur gözəllik. Gözəlliyin dərəcəsi o zaman müəyyən edilir. Kiminsə bəyənib-bəyənməməsi deyil gözəllik…

Əcaib qadınlar

Gözəllik hər kəsin özüdür. Nə qədər gözəl olduğunuz ancaq kim olduğunuzla bağlıdır. Güzgünün qarşısına keçərək "Bu mənəm" deyib gülümsəyə bilirsinizsə, ətrafınızdakıların burnu, dodağı, çəkisi sizi maraqlandırmırsa, o zaman gözəlliyinizdən həzz ala bilərsiniz. Çünki

başqasını bəyənməmək özünüzü bəyənmək deməkdir. Yer üzündə bunun öhdəsindən gələ biləcək nə bir qadın, nə də kişi vardır.

Maraqlıdır, kişilər üçün belə davranırıq, yoxsa özümüzü qorumaq üçün? Yoxsa özümüzü qiymətləndirməyin başqa bir yolu da budur?! Belə qadınlara yazığım gəlir...

19 mart 2014
GO BACK