Qadin.NET / Həyat üçün gərəkli olanlardan

Həyat üçün gərəkli olanlardan

Həyat üçün gərəkli olanlardan

Təmkinli olmaq

Peyğəmbərimizin zamanında Ümmü Abdallah adlı mömin qadın yaşayırmış. Onun 18 yaşlı oğlu qızdırma xəstəliyindən vəfat edir.

Ancaq qadın şikayət etmirdi, yalnız onu düşünürdü ki, axşam ağır çöl işlərindən qayıdacaq ərinə bu kədərli xəbəri necə verəcək. Əri evə qayıdıb oğlu barədə soruşanda qadın dedi ki: 

- O yatır, oyatma. 

Qadın ərinə şam yeməyi verdi, sonra əri məscidə getdi və həyat yoldaşının ağuşunda sakitcə yuxuya getdi. Səhər qadın ərinə dedi: 

- Mən dünən qəribə bir şey gördüm. Qonşularımıza əmanət verilmişdi, sahibi gəldi və əmanətini  geri tələb etdi. Onda onlar ağlamağa və şikayətlənməyə başladılar. 

Əri buna cavab verdi ki, onlar səfehdirlər. Axı onlar üzərlərinə düşən vəzifələrindən azad olublar. O zaman qadın ərinə onların oğlu ilə baş verəni danışdı. Əri ana ürəyinin təmkini görüb ağır dərdi mərdliklə qəbul etdi.

Həyat üçün gərəkli olanlardan

Günəşə baxmaq (Paolo Koelyedən pritça)

Şagird müəlliminin yanına gələrək deyir:

- İllərdir arif olmaq yolunda axtarışdayam. İndi hiss edirəm ki, buna çox yaxınam. Bilmək istəyirəm, növbəti addımım nə olmalıdır?

- Gündəlik ehtiyaclarını nə ilə ödəyirsən? - deyə müəllimi soruşdu.

- Hələ pul qazanmağı öyrənməmişəm. Məni valideynlərim saxlayır. Həqiqətən də, bunun əhəmiyyəti yoxdur.

- Sən soruşursan ki, növbəti addımın nə olmalıdır? Yarım dəqiqə günəşə bax. - dedi müəllim. Şagird də əməl etdi. 

Vaxt bitdikdən sonra müəllimi şagirdindən ətrafda gördüklərini təsvir etməsini xahiş etdi.

- Mən heç bir şey görə bilmədim! Günəş məni kor etdi!

- Öz vəzifələrini başqalarına yükləyərək yalnız işıq axtaran insan heç zaman arif ola bilməz. 

Həyat üçün gərəkli olanlardan

Biz nə görürük

Günlərin bir günü bir ağsaqqal şagirdlərini çağıraraq onlara ortasında qara nöqtə olan ağ vərəq göstərdi.

- Burada nə görürsünüz? - deyə qoca soruşdu.

- Nöqtə - deyə birisi cavab verdi.

- Qara nöqtə - deyə digəri təsdiqlədi.

- Yağlı qara nöqtə - deyə üçüncüsü daha da dəqiqləşdirdi.

O zaman onların sevimli müəllimi ağlamağa başladı.

- Niyə belə ağlayırsınız? - deyə şagirdlər narahat oldular.

- Mən ağlayıram, çünki bütün şagirdlərim yalnız kiçicik qara nöqtəni gördülər və heç biriniz təmiz ağ vərəqi görə bilmədiniz. Biz insanların müsbət cəhətlərini gözardı edərək, onun kiçik qüsurlarını görərək hökm çıxardığımız kimi...

10 may 2014
GO BACK