Dünyanın hər yerində çox qəribə və maraqlı adətlər var. Bu xəbərimdə sizləri bu adətlərdən bəziləri ilə tanış etmək istəyirəm. Düşünürəm ki, bu, hər kəs üçün maraqlı olar.
Perudakı qəribə adət görənləri şoka salır desək, lap yerinə düşər. Uşaqlarının sağlam olmağını istəyən valideynlər ev heyvanlarını tələf edərək onların qanı ilə körpə balalarını çimizdirirlər və beləliklə, uşaqlarının daha sağlam və güclü olacağına inanırlar.
Bir başqa qəribə adət isə Taylandın kral ailəsində mövcuddur. Sadəcə bu ailənin istifadə etdiyi və onların ailəsindən başqa ətrafdakı heç kimin bilmədiyi bir dil var.
Normalda makaron və şərabla qidalandıqlarını düşündüyümüz italyanlar heç də belə deyil. Bilirsinizmi ki, İtaliyanın "Ponti" bölgəsində yerli xalq "pasxa" bayramından öncə 40 gün boyunca 1000 yumurtadan hazırlanmış omlet yeyirlər?!
Çex Respublikasında pivə vannası çox məşhurdur. Çexlər pivə vannasının sağlamlıq üçün çox yaxşı olduğunu və insan bədənində sinirləri rahatlaşdırıcı təsirə malik olduğuna inanırlar.
Ginedə evli qadını başdan çıxaran kişinin əl və ayaq barmaqlarından biri kəsilir və cəza olaraq həmin kişiylə əlaqəyə girmiş qadına yedizdirilir.
Bilirsinizmi ki, Şimali Koreyada qadınlara 25, kişilərə isə 27 yaşdan əvvəl evlənmək qanunla qadağan edilib?! Evlənən şəxs mütləq əsgərliyə getməli və dövlətə qarşı bütün öhdəliklərini yerinə yetirməlidir.
Cəmiyyətdə qəribə qarşılanan çoxarvadlılıq Cənubi Afrikada bir ənənədir. Bir kişinin nə qədər çox arvadı olsa, bir o qədər məqbuldur.
İslandiyanın paytaxtı Reykyavikdə evdə it saxlamaq qanunla qadağandır.
Laostada qadınların ayaqları ən erotik bölgə sayılır, buna görə də qadınların ayaqlarını göstərməyi qadağan olunub.
Bilirsinizmi, orta çağın duel ənənəsi Paraqvayda hələ də davam edir.
Hindistanda gündəlik təmizlik üçün evə gələn qadınlar evdəki subay gəncin cinsi tələbatını yerinə yetirməyə məcburdur.