Dünyada zalım insan yoxdur, bədbəxt insan var. (M.Bulqakov)
***
Ola bilər ki, mən yanılıram, amma düşünürəm ki, insanları gülüşlərinə görə tanımaq olar və ilk görüşdə heç tanımadığınız bir insanın gülüşünü bəyənirsiznizsə, o zaman cəsarətlə deyin ki, bu yaxşı insandır. (F.Dostoyevski)
***
Mən səni gördüyüm vaxt sənə aşiq oldum. Sən isə gülümsədin, çünki bilirdin. (V.Şekspir)
***
Kim ki, həyatını yalanla başlayıb, yalanla da bitirməyə məhkumdur. Bu təbiətin qanunudur. (F.Dostoyevski)
***
Özünüz haqqında danışmağa tələsməyin. Siz otaqdan çıxan kimi sizin haqqınızda danışacaqlar. (Al Paçino)
***
Əgər sən nifrət edirsənsə, demək, sənə qalib gəliblər. (Konfutsi)
***
Bir söz sənin qərarını dəyişə bilər. Bir hiss sənin həyatını dəyişə bilər. Bir insan səni dəyişə bilər. (Konfutsi)
***
Realist olun, mümkün olmayanları arzulamayın. (Milan Kundera)
***
Unutma, insanlar artıq səndən istifadə edə bilmədikləri zaman sənin dəyişdiyini deyərlər.(Ersin Tezcan)
***
Hər zaman sevincli olmaq lazımdır. Əgər sevinc bitirsə, səhvin nədə olduğunu axtar. (Lev Tolstoy)
Tabutdan çıxış yoxdur. Odur ki, ağlayıb-sızlamayın. (Çarlz Forbs)
***
Bəzən böyüklərin uşaqlardan daha çox nağıllara ehtiyacı olur. (Oleq Roy)
***
Qadınlar öz hisslərini gizlətmək üçün yalan danışırlar, kişilər isə olmayan hisslərini göstərmək üçün. (Anri de Monterlan)
***
Ürəkdən etdiyiniz hər şey sizə geri dönəcəkdir. (Mövlana)