Tərkibində donmuş su olan hidratlı təbii mis silikatıdır. Daha çox mis yataqlarında oksidləşmə zonalarında yayılmışdır. Əsas rəngi mavi, yaşıl və mavi-yaşıl olsa da qara-yaşıl rənginə rast gəlmək olar. Parlaqlığı şüşə parıltılsıdır. İlk baxışdan firuzəni xatırlatsa da, bəzi hallarda malaxitə də oxşayır. Ancaq xrizokol malaxit kimi zolaqlı deyil. Qədim dövrlərdə xrizokoldan qızıl lehimi kimi istifadə olunduğu üçün yunan dilində “xrizos” qızıl, “kolla” yapışqan deməkdir.
Digər adı: xrizokolla
Kimyəvi qrupu: sillikat
Aid olduğu qrup: xalsedon
Digər qrup üzvləri: əqiq, oniks, sardoniks, xrizopras və s.
Kristal sistemi: monoklinik və ya rombik
Kimyəvi düsturu: (CuAl2)H2Si2O5(OH)4 x nH2O+Al Fe,P
Tərkibindəki elementlər: silisium, oksigen, hidrogen, mis və ya alüminium+donmuş su, alüminium, dəmir, fosfor
Sərtliyi: 2,5 – 3,5
Xüsusi çəkisi: 1,95 – 2,40
Rəngi: mavi, yaşıl, mavi-yaşıl, qara-yaşıl
Çıxarıldığı başlıca ölkələr: ABŞ, İsrail, Çili, İngiltərə, Zair
Faydaları:
1. Mədəaltı və badamcıq vəziləri üçün faydalıdır.
2. Qanda şəkərin miqdarını nizamlayır.
3. Müsbət enerji verir.
4. Yorğunluğu (xüsusilə beyin yorğunluğunu) aradan qaldırır.
5. Toxumaları gücləndirir.
6. Ağciyərin fəaliyyətini nizamlayır.
7. Sinirləri qoruyur.
8. Yaraların sağalmasını gücləndirir.
9. Sümüklər üçün faydalıdır.
10. Sakitləşdirici təsirə malikdir.
11. Stressi və gərginliyi aradan qaldırır.