Qadin.NET / Sizin ulduz tərziniz...

Sizin ulduz tərziniz...

Hər birimiz müğənni və aktrisaların geyimlərini izləyir, bəzən onları təkrarlamağa çalışırıq. Heç bunu etməsək belə geyim tərzinizin hansı ulduza uyğun olduğunu bilmək istəyirsinizsə, o zaman test edin!

1. Sizin cins şalvarınız mütləq belə olmalıdır:

a. Bədənə yapışan ağ, boz, göy rəngdə olmalı, heç bir əlavə detalı olmamalı, şalvarı hündurdaban ayaqqabını tamamlamalıdır.

b. Klassik olmalıdır, detal kimi metal basmalar və ya nazik güpur ola bilər.

c. Dar, bərabər və ya aşağısı darlaşmış, çox dəbli olmalı və ekstravaqant döyməli olmalıdır.

d. Dar və ya enli fərqi yoxdur, gündəlik köynək və ya cazibədar köynəklə və kəmərlə geyinməli.


2. Dəbin hansı "yazılmamış qanunlarını" siz asanlıqla həll edə bilərsiniz?

a. Qətiyyən deyə bilərəm ki, başdan-ayağa bir markada geyinmək düzgün deyil, hər bir marka özlüyündə daha yaxşıdır.

b. "Fərqli ruhlu" tərzim var, bir gün bəzəkli qız, sabah vamp stilində görünə bilərəm.

c. Hündürdaban ayaqqabı ilə qısa paltar geyinməyi sevirəm. Niyə də yox, bədən quruluşum buna imkan verir.

d. Çox baha və ya əksinə - fərqi yoxdur, eyni ya da müxtəlif brendlər olsun, əsas özümü geyimdə rahat hiss edə bilim.


3. Hansı makiyaja üstünlük verirsiniz?

a. Mən həmişə mükəmməl görünməliyəm, buna görə də çox cəhətli makiyajdan istifadə edirəm.

b. Təbii makiyaja üstünlük verirəm, əgər adi günlərdən biridirsə, göz qələmi və dodaq boyası mənə kifayət edir.

c. Makiyaji al-qırmızı, bənövşəyi tonlarda sevirəm, bu, mənim üzümün qusurlarını gizlətməyə imkan verir.

d. Üzüm daima təravətli görünür, ərik rəngli ənlik və tuş - mən hər bir tədbirə hazıram.

 

4. Geyimlərdə hansı rəng və ya rənglər harmoniyasına daha çox üstünlük verirsiniz?

a. Ağ-qara və digər kontrast rənglərin birləşməsi olan geyimlər.

b. Gümüşü, boz, yaşıl, şokolad-qəhvəyi rənglər.

c. Yaşıl, qara, göy, sarı, narıncı rənglər.

d. Göy və onun bütün tonları, boz, qırmızı, çəhrayı.

 

5. Dizayner kimi fəaliyyət göstərmək istərdinizmi?

a. Bəli, mən öz pərəstişkarlarıma öz nüfuzlu kreativ stilimi təqdim edərəm. Bu cins, bijuteriya və ətirlər ola bilər.

b. Bəli, lakin özümə bir yol seçərəm - belə ki, bütün ayaqqabılarla yox, məhz xüsusi mərasimlər üçün istifadə olunan ayaqqabılar. Bütün geyimlərlə yox,ancaq cins və ya donlar dizayn edərdim.

c. Ola bilər. İlk əvvəl dizayner elementləri və aksesuarları (şərf, çətir, çanta və s.) və bundan sonra paltarların dizaynı ilə məşğul olardım.

d. Sözsüz "Bəli"! Mənim ideyalarım həm geyimlərə, həm ayaqqabılara, həm parfümeriyaya, həm də mebellərə belə bəs edər. Gənc nəslin stil nəbzini tutaram - rahat və bir az da dəlisov. İndividuallıq - bu, modanın özüdür!

 

6. Bəzək əşyalarında nəyə üstünlük verirsiniz?

a. Brilyant olmasa belə bahalı və gözəgəlimli olmalıdır.

b. Mən klassikanı sevirəm. Ən yaxsı seçim ağ qızıldan hazırlanmış incə zinyət əşyalarıdır.

c. İri, dəbdəbli sırğalar, zəncirlər, böyük qaşlı üzüklər mənim seçimimdir.

d. Mən zinyət əşyalarına oyun kimi baxıram - bir neçəsini həm eyni zamanda istifadə edə bilərəm, həm də romantik incə üzük və ya tək qaşlı sırğa ilə kifayətlənə bilərəm.


7. Sənin sevimli ayaqqabın hansıdır?

a. Hündür və nazik dabanlı ayaqqabı - gözəllik yerə hökmranlıq edir və onu daima idarə edəcək.

b. Hündürdaban ayaqqabıları çox nadir hallarda istifadə edirəm - rahat ayaqqabılara üstünluk verirəm.

c. Çox çeşidli ayaqqabılardan istifadə edirəm - cəlbedici, qeyri-adi formalı və s.

d. Babetlər və platformalar - boyumun alçaq olması bunları tələb edir.

 

8. Üstündə basma şəkillər olan paltarları sevirsinizmi?

a. Təbii ki, ola bilər, lakin şəkillər çox da iri və rəngli olmamalıdır.

b. Bəli, bu mənim zəif yerimdir - məsələn, gül təsviri olan romantik bir şəkil.

c. Çox sevirəm, xüsusilə də bəbir təsvirlərini. Mənim üçün canlı heyvan təsvirləri daha gözəldir.

d. Abstrakt geometrik və psixoloji təsvirli şəkil basmalarını çox sevirəm.

 

9. Saç və saç kəsimində siz nəyə üstünlük verirsiniz?

a. Eksperimentləri sevirəm, uzun saçlarda düzləşdirməni, qısa saçlarda "bob" və kare modellərinə üstünlük verirəm.

b. Saçlarım uzundur, onları lazım gəlsə eleqant yığmağı sevirəm. Eksperimentləri ancaq saçımın ön hissəsi ilə edirəm. Rəng seçimində təbiiliyə üstünlük verirəm.

c. Möhtəşəm və hətta şok edici saç düzümlərini sevirəm. Kontrast rənglərlə "irokez" saç düzümünü bəyənirəm. Təbii saçlarım tünd də olsa, onları rahatlıqla kürən edə bilərəm.

d. Adi at quyruğu və ya gəlincik buruqlarını sevirəm. Ən çox açıq rənglı və uzun saçları sevirəm, mən fantaziyalı kəsiklərin və yığımların tərafdarı deyiləm.

 Cavablarda "a" variantı üstünlük təşkil edirsə...

 Rihannanın dəyişkən stili Rihanna çox dəyişkən stilə malik xanımdır. O, öz geyimlərində daima eksprimentlər etməyi sevir, hətta adi yeməyə gedən vaxtı belə qeyri-adi geyinməkdən çəkinmir. O, dar cinsləri və dəri şalvarları xoşlayır, onları uzun maykalar və dəri pəncəklərlə geyinir. Rihanna qırmızı xalçaya qısa seksual don və ya orjinal aksesuarlarla bəzədilmiş kombinezonlarda çıxmağa üstünlük verir. Müğənni moda tendensiyalarını izləyir və cəsarət tələb edən dizayner nümunələrini öz üzərində sınayır. Lateks corablarla çəkmələr və ya güpurlu tül şalvarla hündürdaban ayaqqabılar... Rihanna özü də ideyalarından ibarət geyim kolleksiyaları hazırlayır. O, kolleksiyaları haqqında danışan zaman qeyd edir ki, onun geyimləri hamı üçündür və hər kəsin qarderobunu qoy məhz bu tərz geyimlər bəzəsin. O istəyir ki, eyni geyimi daima müxtəlif üslublarda geyinmək mümkün olsun.

Cavablarda "b" variantı üstünlük təşkil edirsə... 

Meri-Keyt Olsen stili - Ona pərəstiş edə bilərsiniz və ya heç sevməyə də bilərsiniz, amma bir şey məlumdur ki, onun geyimləri çox orijinaldır. Meri müxtəlif fərqli geyim nümunələrindən istifadə edir: damalı oğlan köynəyini hündürdaban ayaqqabı ilə uyğunlaşdırır, ya da çiyinlərindən tökülən yaxalıqlı köynəyi böyük çanta ilə kombinləşdirir. O, gecə paltarı, gündəlik köynək və ya bəzəkli bir don olmasından asılı olmayaraq əynindən tökülən iri modelli geyimləri sevir. Boyunun 153 sm olması ona daima hündürdaban ayaqqabı və tanketkalardan istifadə etməyə məcbur edir.

Cavablarda "c" variantı üstünlük təşkil edirsə... 

Çarliz Teron stili Gözəl aktrisa geyimlərini aksesuarlarla zənginləşdirməyi çox sevir, onun geyimləri gözəl və cazibədarlığı ilə seçilir. Qırmızı xalça üçün əsasən seksual qısa don və parlaq elementləri seçdiyi halda, gündəlik həyatda və təqdimat mərasimlərində onun geyimləri rahatlığı ilə fərqlənir. O, saçlarını istənilən formaya sala, hətta onları qırxdıra bilər. Çarliz Teron həmişə baxımlı qalmağı bacaran xanımlar sırasındadır. 

Cavablarda "d" variantı üstünlük təşkil edirsə... 

Sienna Miller stili -Vətəni İngiltərədə Sienna Miller Boha-chic stilinin ikonası hesab olunur. Onun əsas özəlliyi sadəlik və təbiilikdir. Miller geyiminə uyğun hesab etdiyi rənglərlə çox az makiyaj etdiyi üçün onun geyim tərzi və ümümi görünüşünü istənilən xanım təkrarlaya bilər. O, geyimlərində rahatlığa üstünlük verir və adətən jiletlərdən, dəri və cins pencəklərdən və rahat zamş çəkmələr və ya sadəcə babet ayaqqabılardan istifadə edir. O, çantalarda daha çox orijinallığa üstünlük verir.

9 mart 2014
GO BACK