Qadin.NET / Loqotiplərin sirri

Loqotiplərin sirri

Bəzən loqotiplərlə şirkətin əlaqəsinin tam olmadığı açıq-aşkardır (məsələn, "Yaquar" həm maşın markası, həm də heyvandır), amma bəzən insanı düşünməyə vadar edir. Hərçənd, saatlarla oturub düşünsək və çox götür-qoy etsək belə sonda yenə də doğru nəticəyə gələ biləcəyimizin zəmanəti yoxdur. Buna görə də "Niyə məhz həmin şəkil və ya ad seçilib" deyə düşünmək belə kifayət qədər maraqlıdır.

Nestle

Loqotiplərin sirri

Quşlarla yuvanın təsviri hər birimizə tanışdır, amma sizdə sual yaranmırmı ki, niyə məhz bu şəkil qida məhsulları üçün seçilmiş ola bilər? Şirkətin əsasını 1866-cı ildə İsveçrə əczaçısı Anri Nestle qoymuşdur. Ad haqqında sual özü-özünə aradan qalxdı, çünki o vaxtlar sahibkarların əksəriyyəti sadəcə öz soyadlarından ("Samovarova-da" çay, "Pavel Denisov" şokoladı və s.) istifadə edirdi. Sonra firma təsvirinə ehtiyac yarandı, burada Nestle daha asan yola əl atdı və sadəcə öz ailə gerbindən istifadə etdi. İsveç dilindən tərcümədə "nestle" -  "yuva", "rahatlıq", mənasını verir. Buna görə də onlar bu şəkildən istifadə etdilər. Bundan başqa, loqotipdən gələn zəriflik və qayğı məhsula çox uyğun gəldi və şirkət dünyada tanındı: südlü şokolad - sirli, yumşaq və zərif.

Loqotiplərin sirri

Twitter

Loqotiplərin sirri

Loqotip kimi göy quş işarəsinin seçimi son dərəcə aydındır. Azərbaycan dilinə tərcümədə "twitter" - civildəmək, çox danışmaq deməkdir. Bundan başqa, məntiqli tərcümələri də ola bilər. Amma çoxları bilmirlər ki, quşda (işarədə) Larri adı var. Xidmətin banisi Biz Stoun onu məşhur basketbolçu Larri Berdanın şərəfinə adlandırmışdır.

Loqotiplərin sirri

Mercedes-Benz

Loqotiplərin sirri

Bu şirkətin loqotipi əslində iki hissədən ibarətdir. Daha əvvəl sərbəst olan iki şirkət birləşib və nəticədə "Merscedes-Benz" yaranıb: üç guşəli "Daimler" ulduzu və "Benz"in dəfnə çələngi. 10 ildən çox müddətdə bu istehsalçılar öz aralarında rəqabət aparıblar. 1925-ci ildə şirkətlər birgə fəaliyyətə başladığı zaman ikisi də öz loqotiplərini birləşdirərək tək loqotip yaradıb və hal-hazırda ulduzun  çələnglə haşiyələnməsi loqotipi əsasında fəaliyyət göstərirlər.

Loqotiplərin sirri
2 mart 2014
GO BACK