Qadin.NET / Diktatorların qadınları

Diktatorların qadınları

Orta Şərqdə diktatorlar devrilərkən, iqtidarın kölgə ortağı olan həyat yoldaşlarının səltənəti də bitir. Məşhur diktatorların qadınlarının hekayələri təəccüblü də olsa, ancaq hamısının sonu eynidir: zərafətli illəri acı, yoxsulluq və ölüm izləyir. "Aktual" jurnalı unudulmayan o qadınları araşdırdı. Budur, keçmişin və bu günün məşhur diktator həyat yoldaşları.

Diktatorların qadınları

Yelena Çauşesku (Rumıniya)

Diktəylə gələn lüks saraylar və saxta akademik karyera sahibi Nikolay Çauşesku ilə Rumıniya 1965-ci ildə tanış oldu. Ancaq Rumınların şikayətlərinə Nikolayın tiranlığı ilə yanaşı, arvadı Yelena Çauşeskunun zadəgan həyatının istəkləri də daxil idi. Yelena Kommunist Partiyasının xadimi idi. O, yoxsul bir kəndli ailəsində doğulmuşdu və oxumaq-yazmaq bilməyəcək qədər savadsız idi. Nikolay Çauşesku ilə partiyada tanış olub evlənən Yelena 1965-ci ildə Nikolayın partiyanın baş katibi kimi dövlətin başına keçməsindən sonra akademik karyera sahibi, hətta Rumıniya Elmlər Akademiyasının üzvü oldu. Bununla da kifayətlənməyərək zorla başqalarına yazdırılan tezislərlə bir çox doktorluq dissertasiyasının sahibi oldu. Ərinin diktator rəhbərliyi qədər Elenanın lüks düşkünlüyü də Rumıniya dövlət həyatına damğasını vurdu. 1989-cu ildə rumınların "Qorxunc Elena" ləqəbini verdikləri bu tiran həyat yoldaşının əriylə birlikdə güllələnməsi əmri verildi.

Diktatorların qadınları

Leyla Bin Əli (Tunis)

Tunislilərin Zeynəlabidin Bin Əlidən daha çox nifrət etdikləri arvadı Leyla Bin Əli idi. Əri üsyan dalğasına müqavimət göstərə bilməyib iqtidarını tərk edərkən belə onun daha da çox mübarizə apararaq, hətta ərini uzaqlaşdıraraq iqtidarı şəxsən əlinə alma planları qurduğu deyilir.

Ölkədə böyük bir nüfuz dairəsi əmələ gətirməklə və mafiya kimi fəaliyyət göstərən sistemlə ölkə qaynaqlarını ələ keçirməklə vacib vəzifələrdə qohumlarıni yerləşdirmişdi. Tunislilərin illərlə səslərini çıxara bilmədikləri mövzular dünya gündəminə daxil ola bildi.

Diktatorların qadınları

Mıchele Duvalier (Haiti)

Yoxsul ölkənin birinci xanımı Jean Claude Duvalier 18 yaşında atasının yerinə ölkənin başına keçdikdən sonra Michele Duvalierlə evlənmişdi. Michelin bu diktatora təsiri təkcə onu deyil, eyni zamanda dövlətin kassalarını da gücdən saldı. Yoxsulluğun hökm sürdüyü Haitidə diktatorun toyu 3 milyon dollara başa gəlmişdi. Halbuki, həmin günlərdə ölkənin şimalındakı çöl torpaqlarda hökm sürən aclıq minlərlə kəndlinin həyatına son qoyurdu. Ölkənin bu cür vəziyyətində belə diktator yoldaşının sarayda təşkil etdiyi əyləncələr aclığın hökm sürdüyü ölkədə televiziyadan canlı yayımlanırdı.

Diktatorların qadınları

Mırjana Miloşeviç (Yuqoslaviya)

"Serb qəssabı" adlandırılan Slobodan Miloseviçin arvadı Mirjana Miloşeviç də ərinin iqtidarıyla güc və var-dövlət axtaranlardan biri kimi tanınır. Mirjana 1994-cü ildə güclü sol partiyalar koalisiyasını idarə edirdi. Çox böyük şəbəkəni idarə edərək köhnə Yuqoslaviyanın "ən böyük mafiya şefi" olaraq tanınır. O bu gün Rusiyada sürgün həyatı yaşıyır.
Madam Mao (Çin)
Kommunist Çinin məşhur lideri olan Maonun üçüncü arvadı Jiang Qingin səhnə adı Lan Pingdir. Ərinin iqtidarına ortaq olan güclü qadınlardan sayılırdı. Madam Mao 1966-67-ci ildəki Çin mədəni inqilabında vacib rol oynadı. Onun qurduğu "Dördlük" radikal siyasi qərarları alırdı. "Proletariat Mədəniyyətin Bayraq daşıyıcısı" kimi tanınan, kommunist güclərə qatılana qədər aktrisalıq edən Qing ilə Mao 1938-ci ildə partiya üzvlərinin etirazlarına baxmayaraq evləndilər. 1940-cı illərdə Maonun şəxsi katibi, 50-ci illərin isə təbliğat hissəsinin başında idi. 1960-cı illərin əvvəllərində siyasi gücünü artırdı və mədəni inqilabda böyük rol oynadı. Qurduğu Dördlüyün üzvü kimi ölkədəki bütün təşkilatları nəzarətdə saxladı. 1976-ci ildə Maonun vəfatından bir il sonra Kommunist Partiyasından çıxarıldı. 1980-81-ci illərdə mühakimə olundu. Ölüm cəzası 1983-cü ildə ömürlük həbsə çevrildi. Həbsdə xərçəngə tutulan Qing 1991-ci ildə xəstəxanada intihar etdi.
Diktatorların qadınları
Suzan Mübarək (Misir)
Misirli həkimlə ingilis tibb bacısının qızı olan Suzan 20 ildən çox Misirin birinci xanımı oldu. Ölkədən kənarda adı bilinməsə də, həm ailə, həm də Misir daxilində iqtidar qadını olaraq tanındı. Misirlilərin fikrincə, əri üzərində böyük təsiri olan Suzan Mübarək ailəsinin iqtidarını itirməsindən öncə Əhməd Şefikin baş nazir təyin edilməsini təmin etdi. Rəsmi hər hansı bir mövqeyi olmasa da, xüsusilə qadın və uşaqlarla bağlı bir çox dərnək və həmrəylik təşkilatını istiqamətləndirdi. Hazırda yardım təşkilatları üçün toplanan 5 milyard dolları şəxsi hesablarına keçirməkdə ittiham edilir.
Diktatorların qadınları
Eva Peron (Argentina)
Adı bu günə qədər "yaxşılıq mələyi" kimi əfsanələşən Eva Peron əslində əri Polkovnik Juan Peronun rəhbərliyi üçün ustalıqla istifadə edilən bir təbliğat vasitəsi oldu. Varlı torpaq ağasıyla aşpazının qeyri-qanuni qızı kimi dünyaya gələn Eva 15 yaşında şöhrətli aktrisa olmaq üçün şansını yoxladı. Juan Peronla tanış olana qədər ancaq ikinci dərəcəli filmlərdə rol ala bilirdi. Ancaq daha sonra bir zərbəylə Argentinanın başına keçən Juan Peron ilə evləndi və mədəni cəsarəti sayəsində ərinin rəhbərliyi ilə işçi sinif arasında körpü quran bir qadına çevrildi. Ərinin diktator rejimində yalnız birinci xanım olmaqla kifayətlənməyib, birbaşa siyasi və ictimai sahəyə keçərək altı il Əmək və Sosial Kömək Nazirliyinin başçısı oldu. Yoxsulların marağını çəkəcək populist siyasətlə sanki bir ulduza döndü.
Diktatorların qadınları
Eva Braun Hitler (Almaniya)
Hitler üzərində iz buraxan ilk qadın 40 yaşındaykən yanına köçən, bacısının 20 yaşındakı qızı Geli Raubal idi. Çox qısqanc olan Geli xüsusilə Eva Braunu qısqanırdı. Hitler onu tərk edəndə o, ürəyindən vurduğu güllə ilə intihar etdi. Raubalın ölümündən sonra Hitler Eva Braunu daha çox görməyə başladı. 17 yaşında Hitlerə ilk baxışda aşiq olan Eva da çox qısqanc idi və 1932-ci ildə özünü boynundan vuraraq intihara cəhd etsə də xilas oldu. Bu hadisə Hitleri Evaya daha çox bağladı. Dövlət işlərinə qarışmağı ağlından belə keçirmədi, "Tək istəyim səninlə olmaq, özümə səni hər zaman izləyəcəyimə dair söz verdim, ölümdə belə" deyirdi.
Diktatorların qadınları
Imelda Mparcos (Filippin)
Ölkəni soyub soğana döndərdiyi üçün liderlikdən devrilən Ferdinand Marcosun yoldaşı Imelda Marcosa "Dəmir kəpənək" ləqəbi verildi. 1986-cı ilə qədər - 20 il ərzində ölkədə iqtidarı əlində tutan əri Filippin xəzinəsindən böyük pullar oğurlamaqda ittiham edildi. Həmin dövrdə ərinin devrilişindən daha çox minlərlə ayaqqabısıyla dünya mediasının mövzusu oldu. Həyat yoldaşı öldükdən sonra belə iqtidarı buraxmaq istəməyərək seçkilərə qatıldı və qazana bilmədi. Daha sonra əriylə birlikdə hesablarına keçirdikləri milyardlara görə mühakimə olundu və cəza aldı. 2010-ci ildə Imelda Marcos 80 yaşındaykən təkrarən ölkəsində seçkilərə qatıldı.
Diktatorların qadınları
Rachele Mussolini
Mussoliniyə beş uşaq bəxş edən və onlarla aşnasını görməzlikdən gələn arvadı Rachele 1910-cu ildə Benito Mussolini ilə birlikdə yaşamağa başladı. 1914-cü ildə Benito ilk arvadı Ida Dalser ilə ailə qurdu. Fransız üsullarına uyğun gözəllik salonu sahibəsi olan və salonu müvəffəqiyyətlə işlədən Dalser Mussolininin gənclik illərindəki siyasi fəaliyyətlərini maliyyələşdiridi. Lakin Mussolini 1915-ci ildə oğulları Benitino doğulmadan az müddət öncə Rachele Guide ilə evləndi. Dalser ilk arvadı olduğunu sübut etmək üçün Papaya, krala, hər yerə məktublar yazdı, lakin nəticəsi psixiatrik klinikaya göndərilmək oldu. Hətta evlilikləri sonradan faşist İtalyan rəhbərliyin qeydlərindən silindi. Oğlu Benitino da anasının öldüyü deyilərək əvvəl internat məktəbə, sonra bir polisə övladlıq verildi. Mussolininin oğlu olduğunu iddia etdikdən sonra o da 27 yaşında ölənə qədər bir psixiatrik xəstəxanada saxlanıldı. Mussolininin nikahlı arvadı Rachelə isə faşist İtalyan rəhbərliyində "ideal ana və evdar qadın" olaraq böyük etibar göstərildi.
Diktatorların qadınları
Simone Gbagbo (Fil dişi sahili) 
Son dövrlərdə adı ən çox çəkilənlərdən biri də Fil Dişi Sahilinin birinci xanımı Simone Gbagbodur. Gbagbo əriylə birlikdə fəal siyasət yürüdür, sanki bir xadim kimi çalışır. Üstəlik, sui-qəsd ​​və qırğınlarla ittiham edilən polislərə yaxın əlaqədə olması söylənilir. Ərinin iki həyat yoldaşından birincisi olan Simone ərinin seçki kampaniyası üçün son dərəcə təhlükəli işlər icra etməkdən və ölkəsində ciddi mübahisələrə qoşulmaqdan çəkinmir. Həyat yoldaşıyla birlikdə sahib olduqları 1,3 milyard dollara yaxın sərvəti isə bir başqa müzakirə mövzusudur.
10 mart 2014
GO BACK