1. Tower Bridge
London şəhərində Temza çayı üzərində yerləşən bu körpünün inşasına 1886-ci ildə başlanılıb, 8 ilə inşa edilmişdir.
2. Banpo körpüsü
Seulda yerləşən bu körpü Han çayı üzərində inşa edilmişdir. 1982-ci ildə tikilən körpü 2008-ci ildə modern görkəmə salınmışdır. Kənarlarından dəqiqədə 190 ton suyu bir anda havalandıra bilir. Bu xüsusiyyətinə görə Ginessin rekordlar kitabına daxil edilmişdir.
3. Pont Saint Benezet
1117-ci ildə inşasına başlanan və 1185-i ildə bitirilən 22 kəmərli körpü 1603-cü ildəki zəlzələ zamanı dağılmışdı.
4. Viaduc du Millau
343 metr hündürlüyündə olan ən yüksək körpüdür. 2004-ci ildən bəri İspaniya ilə Fransanı bir-birinə birləşdirən körpünü ingilis memarı Ser Norman Foster inşa etmişdir.
5. Boğaziçi köprüsü
İstanbul boğazı üzərində inşa edilən bu körpü 30 oktyabr 1973-cü ildə açılmışdır. Tikintisi 3 ilə tamamlanan körpünün uzunluğu 1560 metr və dənizdən yüksəkliyi 64 metrdir.
6. Kapellbrücke
1333-cü ildə inşa edilən "Kiçik kilsə körpüsü" 204 metr uzunluğundadır. Avropanın ən qədim taxta körpüsüdür.
7. Iron Bridge
İngiltərədə 1775-ci ildə III Abraham Darby tərəfindən inşa edilmişdir.
8. Mostar Körpüsü
Mostar şəhərindən keçən, Neretva çayı üzərində yerləşən bu körpü 1566-cı ildə inşa edilmişdir. 1993-cü ildə xorvatlar tərəfindən dağıdılmışdır. Yenidən inşa edilən körpü 2004-cü ildə açılıb.
9. Pont du Gard
Bu körpü romalılar tərəfindən Fransanın cənubunda Gardon çayından Nimes çayına şirin su daşımaq məqsədilə inşa edilmişdir. 49 m yüksəkliyində və 274 m uzunluğundadır.
10. Ponte Vecchio
Arno çayı üzərində yerləşən bu körpü Florensiyanın ən məşhur körpüsüdür. İnşası 14-cü əsrdə tamamlanmışdır.
11. Salginatobel Brücke
Alp dağlarındakı Schiers vadisinə 1930-cu ildə inşa edilən körpü 1991-ci ildə yenidən bərpa edilmişdir.
12. "Allahverdi Xan" körpüsü.
İranın İsfəhan şəhərində yerləşən, önəmli tikililərdən hesab olunan bu körpü 1602-ci ildə inşa edilmişdir.
13. Sydney Harbour Bridge
1932-ci ildə açılan Sidney liman körpüsü şəhərin şərqi ilə qərbini birləşdirir. İnşasında 52 min ton poladdan istifadə edilmişdir.