Qadin.NET / Ölünün dirini xilas etməsi

Ölünün dirini xilas etməsi

Ölünün dirini xilas etməsi

Bu olmuş hadisədir, başqa saytdan azərbaycan dilinə tərcümə etdim ki, sizin də məlumatınız olsun.

 

Bir ər-arvad var idi. Kişi yoldaşı ilə təzə evələnədə normal idi. Amma evlilikdən bir müddət sonra içkiyə qurşanır. Arvadı hər bir yola əl atır ki, yoldaşı içkidən xilas olsun, amma heç bir xeyri olmur. Bircə baxıcı yanına getmək qalır ki, onun da yanına inanmadığından getmir. Heç bir həkim bu dərdə çarə ola bilmir. Kişi hər gün evə içmiş gəlir.

Bir gün bu qadına içkini tərgitdirən həblər məsləhət görürlər. Qadın alır. Amma kişi ki, özünü alkohol hesab etmir, bu tabletləri qəbul etmir. Eləcənə kənarda atılmış vəziyyətdə qalırlar dərmanlar.

Bir gün kişi evə işdən çox gec gəlir. Yoldaşı artıq yatmış olur. Amma evə gələn kişisini görən kimi durub onu qarşılayır. Amma bir möcüzə - kişi evə içməmiş halda gəlib. Amma əli-ayağı titrəyir, rəngi də qaçıb. Arvad hə soruşur ki, nə olub? Kişi cavab vermir. Qaçıb tez o içkini tərgizdirən dərmanları atır.

1 ay keçdikdən sonra danışa bilir nələr baş verib. Qeyd edim ki, bu bir ay ərzində kişi heç bir damcı da içki içmir və adəti ilə hər gün o həbləri atır.

Kişinin həyat yoldaşına danışdıqları:

“Həmən gün saat 7-də axşam işdən çıxırdım ki, evə gəlim. Yolu qısaltmaq üçün dedim meşəlikdən keçim və orada olan qəbirstanlıqdan keçib gəlim evə. Hamı qaranlıqda o qəbirstanlıqdan qorxar keçməyə, amma mən içkili olduğumdan heç nədən qorxmurdum. Yol ilə gedirdim. Qəbirstanlıqda uzaqdan bir ağ geyimli qadın gördüm. Düşündüm yəqin o da harasa gedir də, mənim kimi yolu buradan düşüb. Amma yaxınlaşdıqca gördün o getmir, havada asılmış kimi qalıb. Bir az da yaxınlaşanda rəhmətə getmiş qaynanamın üzünü gördüm onda. Bu zaman qorxumdan bilmirdim nə edim. Özümü itirmişdim. Qaynanamın ruhu mənə dedi ki, əgər mən içkini tərgitməsəm o, məni özü ilə aparacaq. Sonra özüm də bilmirəm bütün bu zaman harada idim, nə olmşdu, 15 dəqiqəlik yolu bir neçə saata gəlib çıxmışam. Axşam 7-də işdən çıxsam da, gecə 3-də evə gəldim. İndi də bir damcı belə içki içməkdən qorxuram, nəfsimi saxlamaq üçün sən aldığın həbləri atıram”.

Beləcənə ölü dirini xilas etdi.

8 yanvar 2011
GO BACK