Facebookdakı profil şəklinizi seçmək saatlarla davam edir? Hər etdiyinizin şəklini çəkib hər kəslə paylaşırsınız? Bu fəaliyyətlər əyləncəli kimi görünsə də təhlükəli ola bilər. Diqqətli olun!
Amerika universitetlərində 16 min şagird arasında aparılan araşdırmaya görə son illərdə narsissizm gedərək artır. Şəxsiyyətin pozulmağı kimi görülən bu yeni trendin pərdə arxasında nələr var? Bu barədə Cosmopolitan jurnalı sizin üçün araşdıraraq təqdim etdi.
Son illərdə bir epidemiya olaraq adlandırılan narsissizmin əsas xüsusiyyətləri arasında özünü mükəmməl görmək, yalnız özünü düşünmək və başqalarını vecinə almamaq kimi xüsusiyyətlər öndə gəlir. Sosial media da bu xəstəliyin yayılması üçün uyğun bir platforma təqdim edir. Belə ki, Facebook və Twitter sosial şəbəkəsindən paylaşdığınız fotoşəkillər, yazdığınız yazılar, etdiyiniz iştirak bildirişləri sizə özünüzü əhəmiyyətli hiss etdirir. Nə qədər çox adam sizi təqib edər, yazdıqlarınıza, fotoşəkillərinizə şərh edərsə o qədər xoşbəxt olarsınız. İnternet mühiti sayəsində bir çox insan qoyduğu bir video və ya fotoşəkil sayəsində bir anda şöhrətə qovuşur.
Narsissizmin - normasında olduğu təqdirdə - yaxşı tərəfləri də yox deyil. Məsələn, iş yerinizdəki ən yaraşıqlı oğlanı sevdiniz; buna görə günlə hər kəs sizdən danışır. Bu da sizin xoşunuza gəlir. Bunda mənfi bir vəziyyət yoxdur. Amma siz oğlanı heç sevmirsinizsə və buna baxmayaraq sırf hər kəs sizə maraq göstərir deyə onunla bərabərsinizsə bu çox təhlükəlidir. İnsanlar sizə daha çox maraq göstərsin, həmişə ən məşhur olun deyə diqqət mərkəzində olarkən həyatınızın əllərinizdən getməsinə icazə verməyin. Marağın köləsi olmaqdan xilas olun.
Başqalarını sevməyi öyrənin
Köhnəyə nisbətlə ətrafınızdakı yaxın dostlarınızın getdikcə sizdən uzaqlaşdığını düşünürsünüz? Bunun səbəbi onlarla maraqlanmaq yerinə yalnız özünüzə zaman ayırmağınız ola bilərmi? Bir insanın özünü sevməsi, özünə diqqətli olması təbii ki, çox gözəl bir haldır. Əlbəttə ki, həddindən artıq olmamaq şərti ilə. O incə xətti yaxşı nizamlamağa diqqət göstərin. İşə, yoldaşlarınızı sevməyi və əlaqə qurmağı sınayaraq başlaya bilərsiniz. İnanın, daha çox xoşbəxt və sakit olduğunuzu siz də hiss edəcəksiniz.