Qadin.NET / İsmail YK

İsmail YK

İsmail YK - İsmail Yurtseven 1978-ci ildə Almanyanın Hamm şəhərində anadan olub. Sivaslı Ali Rıfat və Zarifə Yurtseven ailəsinin musiqi ilə məşqul olan beş savadlı uşağlarının ən balacası İsmail YK 13 yaşında olarkən bacı-qardaşlariyla bərabər səhnəyə ilk addımını atdı. 1995-ci ildə isə professional musiqi həyatına addımlamağa başladı. Məktəbi qurtarandan sonra fikrini tamamilə musiqiyə verdi.

İsmail YK

İsmail YK 1996-cı ildə professional DJ kimi Almanyada hər kəs tərəfindən tanınırdı. O, dünyada məşhur olan bütün musiqi alətlərini çalmağı da bacarır. Studiyasında aranjeman edərək və bəstəkar kimi özünü sınayaraq oxuduğu mahnılarının özü bəstələyib. İsmail YK Türkiyəyə bir az fərqli mahnılarıyla, geyimiylə, şousuyla, hərəkətləriylə türk musiqi dünyasına daha bir rəng qatmışdı. 8 May 2004-cü ildə çıxartdığı ilk solo albomu "Şappur Şuppur" ilə fırtınalar əsdirdi.

İsmail YK

İsmail YK Türkiyədə ilk dəfə oyuncağı düzəldilən sənətçi oldu və 4-cü sinif dərs kitablarında da onun haqqında yazılmışdı.

"Bombabomba.com" albomu bu dəfə də ilin ən çox satılan albomu olaraq birinci yeri tutdu, iki mükafat birdən aldı və hətta satışları davamlı olduğu üçün 3-cü mükafatı da əldə etdi. Əsasən də "Allah bəlanı versin" mahnısı bütün Türkiyədə dillər əzbəri oldu və bir neçə qəzetdə, xəbərlərdə, proqlamlarda adı çəkilərək bir ulduz oldu.

Alişan, Seda Sayan, Kibariyə kimi bir çox sənətçiyə öz bəstələrini verib, albomlarında aranjemanlıq etmişdir. 2008-ci ildə "Bas Qaza" albomu reytinq qazanan albomlardan biri oldu və həm "MÜ-YAP", həm də "Kral TV" də saysız mükafat aldı. 

İsmail YK

İsmail YK bu vaxta qədər Türkiyədəki və Avropadakı milyonlarca pərəstişkarlarını qeyri-adi musiqiləriylə sevindirmiş və hər zaman diqqəti özünə çəkmişdir. İsmail YK mahnıları ən cox xarici dillərə tərcümə edilən türk sənətçisidir. Söz və musiqisi İsmail YK-ya aid olan bir çox əsər Avropa və dünyadakı saysız sənətçilər tərəfindən öz dillərində oxunmuşdur.

İsmail YK

İlk gündən bu vaxta qədər zirvədən düşməyən və mükafatlara doymayan İsmail YK yüz minlərlə pərəstişkarları olan konsertləriylə rekord qıraraq hər zaman adını dillər əzbəri etdirməyi bacardı.

İsmail YK 2010-cu ildə Azərbaycanda "İlin sənətçisi" mükafatına layiq görülüb.

6 mart 2014
GO BACK