Qadin.NET / Gözəllik üzrə ekspertiniz - mobil telefon

Gözəllik üzrə ekspertiniz - mobil telefon

Mobil telefonlar həyatımıza elə daxil olub ki, onsuz bir günümüzü təsəvvür belə edə bilmirik! Zənglər, mesajlar, İnternet naviqatorlardan istifadə və s. Telefonumuzda yaddaş qoyuruq, zəng qururuq, internetin bir sıra xidmətlərindən istifadə edirik, oyunlar oynayırıq.

Mobil telefonlar üçün bir neçə proqramlar da mövcuddur ki, evdə oturaraq sağlamlığınız və gözəlliyinizin qeydinə qala bilərsiniz!

Hairstyle Tutorials

Bu proqram sizə addım-addım gözəl saç modellərini hazırlamağa köməkçi olacaq. Video və şəkillər vastəsilə sizə arzu etdiyiniz saç düzümlərini, həmçinin müxtəlif hörüklərin hörülmə qaydasını başa salacaq. Hairstyle Tutarials proqramında həmçinin saça qulluq vasitələri və onların istifadə qaydaları haqqında məlumat var.

Gözəllik üzrə ekspertiniz - mobil telefon 
Gözəllik üzrə ekspertiniz - mobil telefon

Hair Change

Bu proqram sayəsində siz salona getməmişdən əvvəl hansı saç düzümün sizə daha yaxşı yaraşacağını müəyyən edə bilərsiniz. Sadəcə olaraq öz şəklinizi yükləyir və öz tərzinizə uyğun modelləri sınayırsınız. Saç modelləri ilə yanaşı, rəngini də dəyişə bilər və hətta yoldaşlarınızla da bölüşüb fikir öyrənə bilərsiniz.

Gözəllik üzrə ekspertiniz - mobil telefon

Perfect  365

Hair change saç modellərini seçməyə köməkçi olduğu kimi, Perfect 365 makiyajın 1000-ə kimi növünü üzünüzdə sınamağa, dekorativ kosmetikanı belə sınaqdan keçirməyə imkan yaradır. Bir neçə variant yükləməklə hətta üzünüzün bir hissəsində makiyajı sınaya bilərsiz.

Beautylish

Bu proqram gözəllik və sağlamlıq xəbərlərini izləyənlər üçündür. Beautylish minlərlə sağlamlıq haqqında xülasəni və yeni kosmetoloji məhsullar, ekspertlərin məsləhətləri haqqındakı məlumatları özündə toplayır.

Gözəllik üzrə ekspertiniz - mobil telefon

Fooducate  Nutrution Scanner

Fooducate proqramında minlərlə düzgün qidalanma haqqında məlumat vardır. Burada həmçinin sizə müxtəlif istehsalçılar tərəfindən təqdim olunan qidaların tərkibindəki rəngləyicilər və konservatlar haqqında məlumatlar da verilir.

Gözəllik üzrə ekspertiniz - mobil telefon

Lose it

Bu proqram sizə pəhrizə düzgün əməl etməkdə köməkçi olacaq. Ən əsası sizi vaxtından əvvəl rejimi pozmağa və qaydalardan yayınmağa qoymayacaq. Lose it sizin şəxsi gündəliyiniz olacaq. Siz bura gün ərzində nə yediyinizi və hansı mayeləri qəbul etdiyinizi qeyd etməklə nə qədər kalori aldığınız barədə informasiya ala biləcəksiniz. Artıq kalorinin miqdarını proqram xəbərdarlıq edəcək.

Gözəllik üzrə ekspertiniz - mobil telefon

Water Balance

Water balance-nin bir sıra proqramları müvcuddur. Onların hamısı günlük su balansının ölçülməsinə xidmət edir. Bu proqram gün ərzində sizin nə qədər su qəbul etdiyinzi hesablayır və bununla da siz normanı müəyyən edə bilirsiz.

Gözəllik üzrə ekspertiniz - mobil telefon

Motion X  24/7

Çoxtərəfli Motion X 24/7 proqramı gün ərzində sizin aktivlik səviyyənizi izləyir. Nəbz və ya təzyiq dəyişikənliklərini, normal yuxu balansını və gümrahlığınızı müəyyən edir.

Gözəllik üzrə ekspertiniz - mobil telefon
 Period Tracker

Bu proqram aybaşı tsiklıni izləmək üçün əla vasitədir. Siz bu ayın aybaşı günlərini qeyd etməklə və növbəti ay üçün ovulyasiyanın tarixini dəqiq bilməklə arzuolunmaz hamiləlikdən qoruna bilərsiz. 

Web MD

Bu proqram sankı sizin tibbi qeyd kitabçanızdır. Xəstəliyin simptomlarını qeyd etməklə siz hansı xəstəlikdən əziyyət çəkdiyinizi və ilkin tibbi yardım, hansı müayinələrin tələb olnması, müalicə üsulları haqqında informasiyalar əldə edə biləcəksiz. Bu proqramın Azərbaycan verisiyası hələ mövcud olmadığından ingilis versiyasından istifadə etməli olacaqsınız.

Bəs siz hansı gözəllik və sağlamlıq proqramlarından istifadə edirsiniz?

26 fevral 2014
GO BACK