Barkod bir çox məhsulun üzərində olan etiketdir.Adətən,düzbucaqlı dördbucaqlı şəklindədir.Bu, bir-birinə paralel şəkildə çəkilmiş incə, qalın xətlərdən və bu xətlər arasındakı boşluqlardan əmələ gəlmişdir.Xətlər sadəcə məhsulun identifikasiya nömrəsini göstərir.Məhsulun qiyməti və onun haqqında digər məlumatlar barkodu oxuyan aparatda qeyd olunmuşdur.Barkodu oxuyan aparat məhsulun nömrəsini kassada əks etdirir.Nəticədə,məhsulların qiymətləri daha sürətli sıralanır.Əgər barkodlarda identifikasiya nömrəsinin əvəzinə məhsulun qiymətləri şifrələnsə idi,onda hər dəfə qiymət dəyişəndə bakordlar da dəyişməli olacaqdır.Bu da maliyyə və zaman itkisinə gətirib çıxarardı.Müasir dövrdə məhsulların qiymətləri komputerdə qeyd olunduğu üçün komputerdəki qiymətləri dəyişdirmək kifayət edir.Bununla yanaşı, barkodlar vitrinlərdə qalan məhsulların sayını müəyyənləşdirir.