Qadin.NET / Talisman, yoxsa mif?

Talisman, yoxsa mif?

Talisman, yoxsa mif?
Jin Chan: Bərəkət Qurbağası 
Feng Shui fəlsəfəsinin öndə gələn simvollarından Jin Chanın pul və bərəkət gətirdiyi düşünülür. 
Çin mifinə görə, Jin Chanın arvadı 8 ölümsüzdən biridir. Əfsanəyə görə, arvadının ölümsüzlüyünü qısqanan Jin Chan ölümsüzlüyü ondan oğurlamağa çalışır. Arvadı Jin Chanı cəzalandırmaq üçün onu qurbağaya çevirir. 
Bir başqa əfsanəyə görə isə qurbağa insanları yeyən pis bir canavardır. O, 8 ölümsüz tərəfindən cəzalandırılır. Qurbağa ehtiyacı olan insanların evlərinə pul tüpürərək günahlarından təmizlənməyə çalışır. 
Bərəkət qurbağasını qapıya yaxın, lakin evin içinə baxacaq şəkildə yerləşdirin. Ailəcə ortaq istifadə sahələrində istifadə edin.
Talisman, yoxsa mif?
Maneki - Neko : Çağıran Pişik
Yaponların inancına görə, Maneki - Neko yerə həm şans gətirər, həm də pisliklərdən qoruyar.
Bir yapon mifinə görə, 17-ci əsrin ortalarında Tokio yaxınlığında yerləşən Gotoku-Ji məbədi olduqca baxımsız və kasıb vəziyyətdə imiş. Məbəddə son qalan keşiş pişiyi ilə çətin bir həyat sürürmüş. Bir gün samuraylar məbədin yaxınlığındakı ağacın kölgəsinə istirahət üçün gəlir. Pişik əliylə onları çağırır və samuraylar məbədə girir. Arxasından böyük bir fırtına başlayır. Bir az öncə samurayların oturduğu ağacı ildırım vurur. Beləliklə, pişik onların həyatını qurtarmış olur.
Samuraylar fırtına sakitləşdikdən sonra məbəddən ayrılırlar. Onların həyatını qurtaran keşişə və pişiyinə bərəkətli torpaqlar bağışlayırlar.
Ağ rəngli Maneki - Neko xoşbəxtliyi, sarıdırsa pulu, qaradırsa sağlamlığı simvollaşdırır. Əgər pişik sol əlini qaldırırsa, ofisinizə bərəkət gələcəkdir, sağ əlini qaldırırsa, evə rahatlıq gətirəcək.
Talisman, yoxsa mif?
Pagoda - 5 element
Metal, su, taxta, atəş və torpağı simvolizə edən Pagoda, Feng Shui fəlsəfəsinin ən fundamental obyektlərindən biridir. O, Kainatın enerjisini arxanıza alıb yolunuza daha möhkəm addımlarla davam etməyinizi təmin edir.
Talisman, yoxsa mif?
Hz. Fatimənin əli (Xəmsə) 
Türkiyədə olduqca məşhur olan Hz.Fatimənin əlinin nəzərlərdən qoruduğuna inanırlar. 
İnanca görə, Hz. Məhəmmədin qızı Fatimə əri Hz. Əlini başqa bir qadınla görür. Mətbəxə qayıdır və çaşqınlıqdan bişirdiyi halvanı əliylə qarışdırır. Hz. Əli vəziyyətin fərqinə varanda, Hz.Fatimənın əlini halvadan çıxardır. 
Fatimənin əli o zamandan bu yana sədaqət və səbr simvolu kimi xatırlanır. Bu simvolun eyni zamanda nəzərdən qoruyaraq şans gətirdiyinə də inanılır. Eyni simvol bir çox mədəniyyətdə də var. Ərəblərdə "Xəmsə əli", hindularda "Humsa əli", yəhudilərdə isə "Hameş əli" adlanır.
Talisman, yoxsa mif?
Gözmuncuğu 
Türkiyə deyiləndə ağla ilk gələn simvollardan biri gözmuncuğudur. Türkiyədə yaşayan hər kəs hələ uşaq yaşlarından gözmuncuğunun pisliklərdən qoruduğuna inanırlar. Müsəlmanlarda çox məşhur olmasa da, xristian və buddistlərdə ona rast gəlinir. 
Gözmuncuqlarının göz şəklində olmasının səbəbi isə budur: göz - duyğuların ilk çıxış nöqtəsidir. Yəni bir tərəfdən də həyata açılan bir pəncərədir. Baxışlardan qorunmaq üçün gözün ortasına pisliyi əmdiyi düşünülən mavi bir daş qoyulmuşdur. Bu gün Türkiyədə insanlar yalnız üzərlərində gözmuncuğu daşımaqla kifayətlənmir. Hər evdə və iş yerində həmin məkanı və içindəkiləri nəzərdən qorumaq üçün gözmuncuğu asırlar.
16 fevral 2014
GO BACK