Qadin.NET / Bürclərə görə 2011-in ənləri

Bürclərə görə 2011-in ənləri

Artıq 2011-ci il gəldi və mən bu münasibət ilə bir daha öz adımdan bütün Qadın.net istifadəçilərini təbrik edirəm.İndi gəlin görək bu il bürclər hansı keyfiyyətləri ilə öndə olacaq.

2011-də ən çılğın bürc: QOÇ

2011-də hədəflərinizi reallaşdırmaq üçün yavaş, lakin əmin addımlarla gedə bilərsiniz. Bu addımlar sizi zamanı gəldiyində zirvəyə çatdıracaq.

Bürclərə görə 2011-in ənləri

2011-də ən optimist bürc:BUĞA

2011 ili Buğalar üçün fərqliliklərin, yeniliklərin ili olacaq. Bu dəyişmələr yaşanarkən çətin dövrlərin də sizi gözlədiyini unutmayın, ancaq mübarizəçi Buğalar bu çətinliklərin öhdəsindən gəlməyi bacaracaq.Uşaq sahibi olmaq istəyənlər üçün əlverişli ildi.

2011-də ən ictimai bürc:ƏKİZLƏR

2011 ili həyatınıza daha çox səfər, xaricilərlə əlaqə və eyni zamanda məlumatınızı inkişaf etdirə biləcəyiniz, akademik işlər gətirə bilər. Bu il təhsil həyatı davam edən əkizlər üçün də müvəffəqiyyətli bir il olacaq. Həm iş, həm eşq mövzusunda şanslı bir ilə girirsiniz.

Bürclərə görə 2011-in ənləri

2011-də ən şanslı bürc:XƏRÇƏNG

 İlin ilk yarısında, hər cür təhsil, xaric əlaqəli səfərlər və hüquqi mövzularla əlaqədar cəhdlərinizdə müvəffəqiyyətli nəticələr əldə edəcək və özünüzü inkişaf etdirərək gələcəyinizə sərmayə qoyacaqsınız. Dostlarınızı yaxşı seçin. Mənfəətlərinizi yaxşı qoruyun. Kimsəyə özünüzdən daha çox güvənməyin.

Bürclərə görə 2011-in ənləri

2011-də ən çox gəzən və oxuyan bürc:ŞİR

Sevimli  Aslan 2011-də fərqli fikirdə olan kəslərlə ortaq işlər edə bilər, peşə və şəxsi həyatınızda yeni məsuliyyətlərlə qarşılaşa bilərsiniz.Keçmişdə yaşananların kölgəsi altında qalaraq, kədərlənmək, hayıflanmak yerinə öz içinizdəki azad insanı ortaya çıxardaraq gücünüzü yenidən yığa bilərsiniz. Barış, gözəllik və estetik duyğunuzun yüksək olduğu bir il sizi gözləyir.

Bürclərə görə 2011-in ənləri

2011-də ən ehtirasli bürc:QIZ

İdeallarınızı həyatın şəxsən içində tətbiq edə biləcəyiniz, səbirli addımlarla öz istəyinizi özünüz meydana gətirə biləcəyiniz bir 2011 var qarşınızda.Təhsil həyatında son dərəcə müvəffəqiyyətli bir il olacaq.Mütləq bir hədəfiniz olsun.  Hədəflərinizdən uzaqlaşmadığınız müddətcə bacara bilməyəcəyiniz heç bir şey yox.Bu il istəklərinizə qovuşduğunuz, maddi çətinliklərin yüngülləşəcəyi, bəlkə uzun müddətdir planladığınız işləri etmə fürsəti tapdığınız bir il olacaq.

Bürclərə görə 2011-in ənləri

2011-də ən ciddi bürc:TƏRƏZİ

Maddi baxımdan çox şanslı bir ilə girirsiniz. Təhsil həyatı davam edən ya da bir imtahana hazırlaşan tərəzilər üçün də müvəffəqiyyət var. İlin ilk yarısı ev satın almaqdan dekorasiyaya qədər müxtəlif ailəvi mövzularla maraqlana bilərsiniz. Həyata daha optimist və etibarla baxdığınız gözəl bir il sizi gözləyir.

Bürclərə görə 2011-in ənləri

2011-də ən çalışqan bürc:ƏQRƏB

Sevimli Əqrəb 2011 də iş mövzularına bağlanacaqsınız. Ailənizə laqeyd yanaşmaq istəməmənizə baxmayaraq, diqqətinizi karyeranıza verəcəksiniz. Qazanclarınızı və müvəffəqiyyətinizi gücləndirəcək fürsətlər ayağınıza gələcək. Şans planetinizin sizə verəcəyi xoşbəxtliklər qarşısında sanki fərqli bir dünyanın qapılarının sizə açıldığını görəcəksiniz.

Bürclərə görə 2011-in ənləri

2011-də ən sevib-sevilən bürc:OXATAN

Bu il ailənizə yeni bir üzv qatıla,yeni ev ala bilmək kimi şanslar olacaq.Bir müddətdir əlaqədə olmadığınız kəslərlə qarşılaşa bilər yenidən ünsiyyətə keçərək əlaqə qura bilərsiniz.Bu günə qədər çatmaq istədiyiniz yerlərə getmək və bəzi sərhədləri aşmaq üçün fürsətlər əldə edə bilərsiz.

Bürclərə görə 2011-in ənləri

2011-də ən mübarizəçi bürc:OĞLAQ

Yeni sərmayələr və ortaq şəkildə işlər yoluyla maddi gücə çatmanızı, yeni ortaqlıqlar qura bilmənizi, ciddi əlaqələr yaşamanızı, ruh əkizinizlə qarşılaşmanızı, pul mövzularda balanslı bir büdcə nizamlamanızı,təmin edəcək  bir 2011 var qarşınızda.Bu il şansınız olduqca açıq olacaq, başınızın içindəki bütün sualların cavabını tapacaqsınız.

Bürclərə görə 2011-in ənləri

2011-də ən bilikli bürc:DOLÇA

Sevimli Dolça , 2011-ci ilin ilk yarısı ağlınızı  maddi mövzulara vermək, xüsusilə də borc, kredit kimi mövzularda tənzimləmələrə gedərək fayda təmin edə bilərsiniz. Köhnə hesabları nəzərdən keçirmək doğru bir hərəkət olacaq. Bu il dost ətrafınız da bir dəyişmə ola bilər, yeni dostluqlar yoldaşlıqlar quracaqsınız.

Bürclərə görə 2011-in ənləri

2011-də ən varlı bürc:BALIQ

Sevimli Balıq, 2011 bütün istəklərinizə qovuşduğunuz, hər baxımdan  həyatdan istədiyinizi ala biləcəyiniz bir il olacaq. 2011 tam mənasıyla sizin ilinizdir. İş həyatınızda meydana gələn inkişaflar, ev həyatınızı da nizama qoya bilər.Uşaq sahibi balıqlar üçün bu il uşaqlarının məktəb həyatlarındakı müvəffəqiyyətlərindən ötəri xoşbəxt olduqları bir il olacaq.

Bürclərə görə 2011-in ənləri

2 yanvar 2011
GO BACK