Qadin.NET / Nə?Necə?Nə üçün?

Nə?Necə?Nə üçün?

Ayaqlarımız nə üçün uyuşur? 


Bardaş qurub oturanda və ya buna bənzər vəziyyətlərdə ayaqlarımızı yığanda damarlar sıxılır və qanın normal hərəkəti çətinləşir.Əvvəlki vəziyyətə gəlincə qanın hərəkəti normallaşana qədər ayaqlarımız uyuşur.Sanki, bu zaman ayağımızda minlərlə qarışqa yeridiyini hiss edirik.

 

 

Qəzet nə üçün eninə düz cırılmır?


Bir qəzet yuxarıdan aşağı düzgün cırılır.Lakin eninə cıranda həmişə əyri-üyrü olur.Çünki qəzet kağızının əsas tərkibi şaquli vəziyyətdə olan liflərdən təşkil olunmuşdur.Qəzeti şaquli istiqamətdə cıranda liflərin düzülüş istiqamət ilə üst-üstə düşdüyünə görə ziqzaq əmələ gəlmir.Qəzeti eninə cırdıqda isə hər dəfə liflə qarşılaşanda ziqzaq əmələ gəlir.

Bəzi saqqızlar və konfetlər ağzımızı necə sərinləşdirir? 

 


Ağıza təravət gətirən saqqız və ya konfetlərin tərkibindəki aromaların-ətirli maddələrin buxarlanma temperaturu çox aşağıdır.Ona görə də ağız tempereturunda asanalıqla buxarlanır.Bu zaman ağzımızda olan istiliyi özlərinə cəlb edirlər.Ağzımızdakı istilik konfetə və ya saqqıza keçdiyinə görə də biz sərinlik və təravət hiss edirik.

Diyircəkli qələm necə işləyir?
 

Diqqətlə baxsaq,görərik ki, diyircəkli qələmin ucunda diyircəkli metal var.Bu metal diyircək yerindən qopmadan fırlanır.Nəticədə, diyircəyin bir tərəfi mürəkkəbə, bir tərəfi də kağıza təmas edir.Qələmi kağızda hərəkət etdirdikcə diyircək fırlanır və mürəkkəbə bulaşan hissəsi kağıza toxunur.Nəticədə, yazı yazılır.

Dişlənmiş alma nə üçün dərhal qaralır?

 

Almanın daxilində tanin adlanan maddə var.Almada olan turşməzə dadına səbəb elə bu maddədir.Bu maddə havadakı oksigenlə birləşəndə qəhvəyi rəngli polefinol adlanan maddələrə çevrilir.Almanı bir dəfə dişləyəndə artıq hava ilə təmas başlayır.Dişlənmiş yer hava ilə nə qədər çox təmas edərsə, rəngi o qədər çox qaralar.Ona görə ən yaxşısı meyvəni qaralmadan yeyib qurtarmalıyıq.

Qarğıdalını qovuranda nə üçün ağ olur?


Qarğıdalını ocaqda qovuranda tərkibindəki su buxara çevrilir və təzyiq əmələ gəlir.Bu təzyiq qarğıdalı dənəsinin daxilində artdıqca dənənin qabığı yarılmağa başlayır.Təzyiq nəticəsində üzə çıxan ağ qabarmalar qarğıdalının tərkibində olan nişastadır.

Balın ağızı açıq qalanda nə üçün xarab olmur?
 

Qidaların xarab olması göbələk və ya bakteriyalar kimi mikroorqanizmlərin çürüməyi, kiflənməyi nəticəsində baş verir.Digər orqanizmlər kimi bunların da yaşamaq üçün suya ehtiyacları var.Balın isə tərkibində yaradılışı etibarı ilə mikroorqanizmlərin yaşaması üçün kifayət qədər su yoxdur.Ona görə də xarab olmağa səbəb olan mikroorqanizmlər burada yaşamır.

Nəyə görə 2 qulağımız var?
 


5 duyğu üzvlərindən biri olan qulağımız həm eşitmə, həm da müvazinət orqanımızdı.2 qulağımız  olduğuna görə eşitdiyimiz səslərin istiqamətini və məsafəsini müəyyənləşdirə bilirik.Əgər bir qulağımız olsa idi, beynimiz ətrafdakı səsləri bir-biri ilə müqayisə edib səsin hardan gəldiyini dəqiq müəyyənləşdirə bilməzdi.

Antifrizli heyvan nə deməkdir?
 
Nə?Necə?Nə üçün?
 
Bəzi heyvanların qanında avtomobil radiatorlarındakı antifriz kimi fəaliyyət göstərən kimyəvi maddə var.Bu xüsusi maddələr elə yaradılmışlar ki , heyvanın qanında buz bağlamış kristalların çoxalıb yayılmasının qarşını alır.Beləcə bu heyvanlar şiddətli soyuqlarda belə donmadan rahatlıqla yaşaya bilirlər.Müşahidələrə görə, bəziləri buzlaqda zərər çəkmədən 3 il yaşamışdır.
 
Dırnaqlarımız necə uzanır?
 
 
Əl və ayaq dırnaqlarımız dərimizin altındakı dırnaq diblərinə yaxın olan köklərindən çıxır.Bu hissədə dırnağımız nazikləşir və aypara şəklində, ağ rəngli olur.Bunu ən çox baş barmaqlarda müşahidə etmək olar.Kökdəki hüceyrələr ölü hüceyrə olan keratin istehsal edir.Yeni hüceyrələr artdıqca yeni dırnaq yuxarı qalxır.Ona görə də saçımızda olduğu kimi, dırnağımızı da tutarkən ağrı hiss etmirik.
 
Yaşlı insanların sümükləri nə üçün daha kövrəkdir?
 
Nə?Necə?Nə üçün?

Kalsium və fosfat adlı minerallar sümüklərim möhkəmliyini təmin edir.Bu mineralların meydana gətirdiyi kristallar gənc yaşda olan insanlarda sümüyün yalnız bir hissəsində olur.Yaş çoxaldıqca kristallar sümüyün hər yerində yayılır.Nəticədə, sümük elastikliyini itrir, kövrəkləşir.

7 yanvar 2011
GO BACK