Qadin.NET / İsaak Nyuton

İsaak Nyuton

İsaak Nyuton (1642-1727) 

İsaak Nyuton

İngilis Riyaziyyatçı, Fizik İ.Nyuton 1642-ci ildə İngiltərənin  Linkolnşir qraflığında, kiçik kənddə anadan olmuşdur. Onun atası fermer idi və Nyuton anadan olmamış vəfat etmişdir.

Məktəbdən sonra Nyuton Kembric universitetində riyaziyyatı öyrənmiş və 1665-ci ildə elmi dərəcə almışdır. Sonradan taun xəstəliyi təhlükəsi üzündən universitet bağlanmışdır.

Nyuton 3 böyük kəşf etmişdir

1) Defferensial hesablama

2) Ağ işığın təbiəti

3) Ümumdünya cazibə qüvvəsi

Qanunları:

1-ci qanun "düzxətli bərabər sürətli hərəkət edən cismə kənardan heç bir təsir göstəmədikdə o öz sürətini saxlayır"

2-ci qanun F=ma,

3cu qanun F=-F "təsir əks təsirə bərabərdir"

 



 

Bu kəşflər hələ də müasir elm üçün əhəmiyyətlidir.Nyuton həmişə işıq problemləri ilə maraqlanırdı. Çoxları göy qurşağının rənglərini görüblər, lakin yalnız Nyuton apardığı təcrübələr nəticəsində sübut etdi ki, ağ işıq bu rənglərdən ibarətdir.

Onun ümumdünya cazibə qüvvəsi qanununu necə kəşf etməsi maraqlıdır. Bir dəfə o bağda oturarkən, almanın yerə düşməsi onun diqqətini cəlb edir. Bir çox adamlar bu adi hadisəni əvvəllər görmüşdülər. Ancaq Nyuton özündən soruşur : " Niyə alma yerə perpendikulyar olaraq düşür? Niyə o kənara və ya yuxarı uçmur? "

Bu suala cavab qravitasiya nəzəriyyəsi oldu.O almanın əslində yerə düşmədiyini tapır.Onun fikri belə idi ki,alma yerə düşmür əslində"yer onu özünə çəkir" . Yerin cazibə qüvvəsinin nəticəsində bütün cisimlər yer tərəfindən cəzb olunur.

Nyuton şizofeniya xəstəliyindən və kəkələmədən əziyyət çəkirdi.

Nyuton 1727-ci ildə 85 yaşında vəfat etmişdir. Onun şərəfinə heykəl ucalan Vestminister abbatlığında dəfn edilmişdir.

12 yanvar 2011
GO BACK