2. Yeni il günü ev təmizləmək, paltar yumaq, nə isə ağır iş görmək olmaz. Yoxsa bütün ili narahatlıq görərsən.
3. Yeni ili boş ciblə, boş pulqabı ilə qarşılamaq olmaz.Cibində nə qədər böyük əskinaz olsa, il o qədər bərəkətli olacaq.
4. Yeni il öncəsi borc almaq və vermək qəti qadağandır.3-4 gün səbr edin.
5. Yeni il gecəsi evdən zibil çıxartmaq olmaz.
6. Yeni il gecəsi ucuz da olsa nə isə yeni geyim alın və onu geyinin.
7. Əgər bayramınızı birinci kişi təbrik etsə, onda il sizin üçün xeyirli olacaq.
8. Əgər yeni il axşamı səma ulduzlu olarsa, gələn il bol məhsullu olacaq.
Yeni ildə varlanmaq üçün:
Sakit bir otağa çəkilib, 3 yaşıl şam götürürsünüz. Şamların altına 5 qəpik yapışdırıb, yandırırsınız. Yanana kimi gözünüz önündə bir mənzərə canlandırırsız: pullar yağış kimi başınızdan tökülüb, cibinizə axır. Bu mənzərə nə qədər real olsa, Yeni ildə pulunuz bir o qədər çox olacaq.