Adriana Lima
Adriana Lima insanın xoşbəxt olması üçün həyatındakı adamın çox əhəmiyyətli olduğuna inananlardandır. Lima "Məncə, həqiqətən sevilməyə layiq olanlar sizi xoşbəxt edən insanlardır. Sizin ən yaxşı istiqamətlərinizi ortaya çıxaran insanlarla zaman keçirin və onlarla birlikdə olun" - deyə bildirir.
Gisele Bündchen
Podiumların ən parlaq adlarından biri olan Gisele Bündchen eşq və sevgi mövzusunda tez-tez Twitterdə şərhlər yazır. Bündchen "Sevgi çox çətindır. Sevmək də çox çətindır. Əsas olan hər yeni tanış olduğunuz insana elə əvvəldən yaxşı davrana bilməkdir. Yaxşı və nəzakətli olmaq dünyanın ən çətin döyüşüdür" - deyə ifadə edir.
Miranda Kerr
Miranda Kerr insanın sevilə bilməsi üçün ilk əvvəl özünü həqiqətən sevməsi lazım olduğunu düşünür. Kerr "Mən özümü sevməsəm, kimsə məni sevməz; mən buna inanıram. Mən işıq və eşqdən ibarət olan bir canlıyam. Və həyatıma girən hər insana da bunu ola bildiyi qədər əks etdirirəm" deyir.
Molly Sims Bündchen
Podiumlardan sonra aktyorluqda da müvəffəqiyyət qazanan Molly Sims özünə dəyər verməyənin eşqdə də şansı olmadığını düşünür. Sims "Özümü dünyadakı hər kəsdən və hər şeydən daha çox sevirəm. Mən özümü qorumasam kimsə məni qorumaz" deyir.
Rosie Huntington-Whiteley
Hər insanın xüsusi olduğuna inanan və özünə dəyər verməyən insanları həyatında görmək istəmədiyini söyləyən Rosie Huntington-Whiteley "Sizə hər hansı biri kimi davrananlarla birlikdə olmayın. Qiymətinizi biləni həyatınıza qəbul edin" deyir.