Türkiyənin tanınmış müğənnisi İbrahim Erkal 11 mart 1967-ci ildə Ərzrumun Narman şəhərində dünyaya gəlib. Atası iş adamı, anası evdar xanım olub. Ailənin ilk uşağı İbrahim olub. Sonra ailənin daha 5 uşağı dünyaya gəlib.
Musiqiyə həvəsi məktəb vaxtından başlayıb. Məktəbli vaxtından musiqi dərslərinə də gedib. Gecələr isə İstanbulun tanınmış barlarında çıxış edib. 1988-89-cu illərdə İstanbulda hərbi xidmətdə olub. Sonra Ərzruma qayıdıb, amma burda çox qalmadan İstanbula sənətini inkişaf etdirmək üçün qayıdıb.
İbrahim Erkal "Ərzuruma gəl" mahnısıyla Ərzurumu hər kəsə tanıtmağı bacarıb. 1991-ci ildə piano çalaraq səhnəyə ilk addımını atıb. 1992-ci ildə musiqi müəllimi olan dostunun yanına gedərək albom hazırlıqlarına başlayıb.
İlk albomu olan "Ehtiras" 15 sentyabr 1993-cü ildə satışa çıxıb. Bu albom çox da ürəkaçan nəticə verməyıb. Amma o, ümidini itirməyib, öz üzərində işləməyə başlayıb.
İkinci albomu olan "Sıra bəndə" - "Aklimdasın" 1994-cü ilin oktyabrında satışa çıxıb. Bu albom İbrahimin televiziya və radiolarda tanınmağına yol açıb.
Üçüncü albomu olan "Ürəyinizdən talibim" 1996-cı ildə çıxıb. Albomun son mahnısı "Unutmayacağım" idi. İkinci klipini "Canısı" adlı mahnısına çəkib. 1997-ci ilin yanvar ayında "Canısı" adlı mahnısına serial çəkilərək Show TV-də yayımlanıb. Bu serial izləyicilər tərəfindən çox sevilib. Serialdan sonra tanınmış müğənnilər Yildiz Tilbe, İbrahim Tatlısəs, Metin Şentürk, Hülya Avşar, Zara və b. İbrahim Erkalın bəstələdiyi mahnılara müraciət ediblər.
Dördüncü albomu "Sırılsıklam" 1998-ci ildə çıxıb. Həmin ilin sentyabr ayinda 23 bölümlük "Sırılsıklam" adlı serial nümayiş etdirilib. Bu serial da izlənmə rekordları vurub.
Beşinci albomu olan "De get" 1999-cu ildə çıxıb. Bu albomdan 4 mahnıya klip çəkdirib. Birinci klipi "De get, yalan dünya", ikinci klipi "Necə sevmişdim", üçüncü klipi "Seviyorummu ne?" adlı mahnıya çəkilib.
Altıncı albomu "Su Gibi" 2001-ci ildə, yeddinci albomu "Aşknamə" isə 2002-ci ildə çıxıb. Bu ildə həm də "Şöhrəti hiç sevmədim" adlı kitabı dərc edilib.
2003-cü ildə ailə həyatı qurub. 2004-cü ildə Dilara adlı qızı dünyaya gəlib.
Səkkizini albomu "Gönül Limanı" 2004-cü ildə, doqquzuncu albomu "Yüreğindən Öpüyorum" 2006-cı ildə, sonuncu albomu "Ara neğme" isə 2008-ci ilin noyabrında çıxıb.
Hobbiləri: Səyahətə çıxmaq, şəkil çəkdirmək, bağında işləmək. Ən böyük hobbisi sürətli maşın sürməkdir.