Qadin.NET / 2011- Dovşan ili

2011- Dovşan ili

Dovşan-sakit,xoşbəxt,daim rahatlığı sevən heyvandır.O,ziyansız və astagəl heyvan olsa da il tənbəllərin,hazıra nazir olmaq istəyənlərin tərəfində olmayacaq.İnsanlarda qəribə bir qaynarlıq hiss olunacaq. İl diqqətli,nəvazişli,səliqəli olmağı tələb edir.Daha çox hüquqi işlərdə,ciddi sənəd işlərində çalışan insanlar öndə gedəcəklər.Jurnalistika,televiziya sahəsi inkişaf edəcəkdir.Düşmənçilik,intriqa,kin-ədavət az olacaq.İlin talismanı-yaşıl qurbağa fiqurudur.Qızılı rəngli,ağzında pul tutmuş,amma üzəri yaşıl olan bir fiquru hər yerdən tapmaq olar.Bu həm də bol ruzi mənasını ifadə edir. 

 

1951,1963,1975,1987,1997-ci illərdə doğulmuş insanlar üçün il normal və sakit keçəcəkdir.1941,1953,1965,1977,1980,1992-ci ilin insanları üçün isə çox uğurlu,maraqlı il olacaq.Bu insanların məsuliyyəti ikiqat artacaq.İlin simvolu dördbucaqdır.İnsan daim axtarışda olacaq.İlin rəngi yaşıl rəngdir.Yaşıl isə bolluq,pul,mənəvi rahatlıq rəmzidir. Yeni il gecəsi arzuları kağıza yazmaq,yazılı plan qurmaq məsləhət görülmür.Çünki dovşan təbiiliyi sevir.Və yazı-pozu ilə arası yoxdur.İnsan öz Allahı ilə öz bildiyi,içindən gəldiyi kimi səmimi ünsiyyətə girməli və dualar etməlidir.Bu il insanların psixoloqlara müraciət tendensiyası artacaq.İlin metalı qızıldır.Yaxınlarınıza qızıl hədiyyə etməklə və özünüzə qızıl almaqla uğur və firavanlıq ilboyu sizi izləyəcək.Lakin yeni il günü qızıl taxmayın. 

 

Bu ilin ən vacib ünsürü sevgidir.Siz sevəcək,seviləcək və hər zaman ətrafınızdakılardan sevgi hissi duyacaqsınız.Ailələrdə uğur və anlaşma olacaq.Dovşan ili evlənmək istəyənlər üçün ən gözəl ildir. 

 

Bayram süfrənizi gözəl və zövqlə hazırlayın.Lakin çox da bədxərclik etməyin.Bacardığınız qədər süfrənizə meyvə-tərəvəz və ən əsası kök və kələm qoyun.Masaya böyük şam qoyub,ətrafına isə qızılgüllər yerləşdirin.Bu çox gözəl və romantik görünəcək. 

 

Dovşan ilində anadan olmuş məşhurlar- Konfutsi, Stalin, Stinq, Albert Eynşteyn, Fidel Castro və başqalarıdır. 

 

Hər kəsə 2011-ci ildə sevgi dolu günlər və xoşbəxtlik diləyirəm.Amin!

30 dekabr 2010
GO BACK