Avropanın ən lüks hoteli Antalyada Azərbaycanlı iş adamı milyarder Telman İsmayılov tərəfindən inşa etdirilimişdir.
Mardan Palace adlanan hotelin tikintisi üçün 1,5 milyard dollar xərclənib.
Hotelin tikintisində qızıl və büllurdan istifadə edilib. Daha sonra Misirdən 9 ton qızılı rəngdə qum gətirilib. Hoteldə istifadə olunan qab-qacaq üçün isə 1,35 milyon dollar xərclənib.
Mardan Palaceda otaqların qiyməti bir gecə üçün 14 min dollardan başlayır. Lüks otaqların bir gecəlik qiyməti isə 18-20 min dollardır.
Hoteldə bir butulka şərabın qiyməti 3500 dollara yaxındır. Burada 1986-cı ildə istehsal edilən пїЅChateau Lafite RothschildпїЅ markalı şərab satılır.
Otelin akvariumunda 2min 400 balıq yaşayır.
Otel üçün 23 min m2 İtaliya mərməri sərf edilmişdir.
10 min m2 qızıl,500 min kristal işlənmişdir.
Belə bir dünyaca məşhur milyarderimizin olması qürur hissi verir.Amma "AST Telman" bəy bu Otledən doğma Azərbaycanda da tikdirsə nə olar ki... Yoxsa Azərbaycanda bu tipli otele yerimiz yoxdur...