İngiltərədə insanların idman etmə vərdişi qazanmasını məqsədyönül hesab edən "Sport England" jurnalının nəşr etdiyi xəbərə görə, 2005-ci ildən bu günə kimi qaçan insanların sayı üçdə bir nisbətində artıb.
Hər həftə təxminən iki milyon insan gümrah qalmaq üçün ən az 30 dəqiqə qaçır. Jurnala görə, yalnız son altı ay içində qaçmağa başlayanların sayı 75 mindir.
Yaxşı, heç ruhdan düşmədən idman ayaqqabılarını geyinib qaçan bu insanlar kimdir?
Klassik Klub qaçışı
Catherine Jones idmana 12 il əvvəl (25 yaşındaykən) başlayıb. Motivasiyasını təmin etmək üçün qrupla qaçmağı seçir və həftədə 25 km qaçır. 5 km-də rekordu 22:22-dir. 10 km-də rekordu isə 45:32-dir. Yarı marafonu 1 saat 45 dəqiqədə qaçır. Gələcək mart ayında öz rekordunu qırmağı hədəfləyir.
Hamiləliyində belə qaçmağa davam edən Jones uşaq sahibi olduqdan sonra öz rekordlarını qırmağı bacarıb. Xanım belə deyir:
"Qaçmaq nədir? Özümə ayırdığım tək zamandır? Qaçmaq mənim üçün imtina edilməzdir. Bütün günü çalışıram, bir və iki yaşında iki uşağım var və təxmin edəcəyiniz kimi başımı qaşıyacaq vaxtım yoxdur. Bu sıxlıq içində dinclik tapdığım, beynimi istirahət etməyim, tək qaçış yolum qaçmaqdır.
Əslində ilk başlayanda yalnız formada qala bilmək üçün başlamışdım. Zamanla həyatımın əhəmiyyətli bir parçası halına gəldi. Belə ki, bal ayımızda yoldaşımla Cənubi Amerikada Atacama çölündə 150 ​​mil qaçdıq.
Hər iki hamiləliyimdə də qaçdım. Uşaq sahibi olduqdan sonra nizamlı idman etməyə dönmək çətin olsa da, rahatlıqdır. Klubda, uşaq sahibi olduqdan sonra müntəzəm qaçmağa davam edən və idmanın ailə həyatının içinə daxil edə biləcəyinin mümkün olduğunu sübut edən bir çox qadın qaçışçı var.
Əgər tək başıma qaçsaydım, əsla bu qədər uzun müddət bu idmanın içində olmağı bacarmazdım. Sizi bir şeylərə adaptasiya edən insanların olması gözəldir.
Uşaq sahibi olduqdan sonra 5 km və 10 km qaçışda öz rekordumu qırdım. Bəlkə də yuxusuz qalmaq dayanıqlılığın güclənməsini təmin edir".
Arıqlamaq istəyən qaçışçı
Mathew Warr qaçmağa 11 ay əvvəl başlayıb. Həftədə üç-beş dəfə qaçan Warr 48 km-ə yaxın məsafə qaçır. 5 km-i 25:32, 10 km-i 56:03, yarı marafonu isə 1 saat 59 dəqiqə 52 saniyədə qaçır. O belə deyir:
"Qaçmağa bir neçə kilo verərəm ümidiylə başladım. Klassik qaçışçı fiziki quruluşuna sahib deyiləm. Pivə içməyi sevən, paket servis xidməti verən restoranların həvəskarıyam. Qaçmağa ilk dəfə başlayanda bədənimdən utanırdım.
İlk zamanlar necə göründüyümün, necə qaçdığımın, nə qədər sürətli qaçdığımın əhəmiyyətli olmadığını fərq etdim. Heç olmasa kresloya yayılan insanlardan daha sürətliyəm.
Qaçdıqca daha çox qaçmaq istədim. Hər dəfəsində öz rekordumu qırmaq istədim. Bu vəziyyət gündən-günə daha sürətli olmamı təmin etdi. Aylar boyunca böyük bir məmnuniyyətlə qaçdım. Artıq qaçmaq mənim üçün kilo itirmək deyil, zövq almaq demək idi.
İdmanla əlaqədar ən sevdiyim şeylərdən biri pulsuz olmasıdır. Ehtiyacınız olan tək şey köynək, şort və idman ayaqqabısıdır. İstədiyin yerdə istədiyin zaman qaça bilərsən. Əmin olun, sevdiklərinizlə əyləncəli vaxt keçirmənin ən gözəl yoludur.
İlk yarı marafonumu qardaşımın Hoçkin limfoma xəstəliyinin müalicəsinə dəstək verən Macmillan Xərçəng Dəstək Vəqfi üçün qaçdım və 500 £ yığdım".
Ultra qaçışçı
Rory Coleman qaçmağa 20 il əvvəl başlayıb. Həftədə 100 km-ə yaxın qaçır. Ən yaxşı marafon rekordu 3 saat 24 dəqiqədir.
"Yüzlərlə marafona qatılmaq üçün ya da Ginnesin Rekordlar Kitabına girmək üçün qaçmağa başlamadım.
1994-cü ilin yanvar ayında yalnız içkini buraxdığım üçün yığdığım çəkini azaltmaq üçün qısa bir qaçışa çıxdım. O gün həyatımın dəyişməyə başladığının fərqində belə deyildim. Qaçdıqca bədənim möhkəmləşdi, formaya girdim, çəki itirdim. Özümdə bu dəyişikliyi gördükcə artıq qısa qaçışlarım uzanmağa başlamışdı. Necə o qədər uzun müddət qaçdığıma mən belə inana bilmirdim.
1995-ci ildə London marafonuna qatıldım, amma bir il ərzində o qaçışı bitirmək üçün kifayət qədər formada deyildim. O gün marafon qaçarkən çox əyləndim. Sonra hər həftə sonu marafon qaçdım.
Uzun məsafədə qaçmaq həqiqətən məni həyəcanlandırır. İnsanlara necə qaçacaqlarını öyrədərək pul qazanmağa belə başladım.
Qaçmaq həqiqətən edilə biləcək ən yaxşı şeydir. Qaçarkən möhtəşəm yerlər görməklə qalmır, möcüzəvi insanlarla tanış olursan. Xəyalım ultra marafonu qaçaraq başa çatdırmaq və mümkün olduqca qaçmağa davam etməkdir."
Ruhunu bəsləmək istəyən qaçışçı
Laura Williams həftədə təxminən 5 km qaçır. Rekord vurmaq üçün hələ çox erkən olduğunu düşünür və gələcək il təşkil ediləcək olan Birmigham marafonuna hazırlaşır. Laura deyir:
"2011-ci ildə rəfiqəmin evindəki tərəziyə çıxanda 97.5 kg olduğumu gördüm. Təbii ki, hər qadında görüləcəyi kimi depressiyaya düşdüm. Fiziki ağrılarım vardı. Gəzə bilmirdim. Ayaqlarım çəkimi daşıya bilməz hala gəlmişdi. Bir çox həkimə getdim. Aldığım cavab həmişə eyni idi - "fibromialgiya sindromu" . Bir neçə il əvvəl də bir çox dərmandan istifadəyə başlamışdım. Dərmanlar üzündən çoxdan zombiləşməyə başlamışdım.
Çox stressli bir işdə işləyirdim. Davamlı olaraq ayaqüstü qidalanırdım. Yuxularım get-gedə nizamsızlaşmışdı. İdmana gedə bilmirdim.
Sentyabr ayının sonunda stressin həyatımı məhv etdiyinə qərar verdim və işimi buraxdım. Yenidən idmana başladım.
Hələ arıqlamamışam, amma indidən özümü daha formada hiss etməyə başladım. Üstəlik, ruhi baxımdan da yaxşı vəziyyətdəyəm".
Həssas qaçışçı
Mark Maddox, motor neyron xəstəliyinə tutulduğundan bəri həm pul yığmaq, həm də insanların bu xəstəliyə daha həssas olmasını təmin etmək üçün qaçır. Marafon qaçışı rekordu 6 saat 20 dəqiqədir.
"Həyatım boyu həmişə formada qalmaq üçün qaçdım. Futbol oynadım. Motor neyron xəstəliyinə tutulduqdan sonra iki marafon qaçdım. Və bunu motor neyron xəstəsi olaraq bacaran ilk insanam. Gələn ilin aprel ayında Londonda üçüncü, may ayında Liverpulda dördüncü dəfə qaçmağı planlaşdırıram.
Bu xəstəliyə tutulduqdan sonrakı ilk qaçışımı Liverpulda reallaşdırdım. Liverpulda diqqətləri üzərimə çəkdikdən sonra London qaçışına qatılmağa qərar verdim.
Motor neyron xəstəsi olan insanların mənim etdiyimi bacarması çətindir. Amma bunu etmək məcburiyyətindəyəm. Çünki qaçaraq müalicə ola bilməyən xəstələr üçün pul toplaya bilirəm və insanların daha həssas olmasını təmin edirəm. Qaçdığım hər km birinin xilas olması deməkdir.
Qulaqcıqları taxıb həftədə iki dəfə qaçıram. Musiqini və hər nə qədər artıq getmək deyilsə də, qaçmağı çox sevirəm. Qaçarkən özümü itirirəm, özümdən uzaqlaşıram, ölümdən uzaqlaşıram".
Çılpaq ayaqla qaçış
Ken Bob hər həftə təxminən 32 km qaçır və 50 km çılpaq ayaqla gedir. Gəzməyə başladığından bəri qaçır. Marafon rekordu 3 saat 19 dəqiqədir.
"Çılpaq ayaq qaçmağa ya da acı çəkməyə asılı biri deyiləm. Amma çılpaq ayaq qaçmaq ayaqlarımın altında torpaq olduğunu və daha yumşaq qaçmağım lazım olduğunu xatırladır. Bu "rəqs" bədənimi daha az enerji xərcləyərək irəli geri hərəkət etdirməmizə yarayır.
Düşünə bilmək üçün tək qaçmağı seçirəm. Amma yanımda əyləncəli insanlar varkən, xoş söhbətlər edərkən qaçmağı da sevirəm.
Qaçmaq, xüsusilə çılpaq ayaqla qaçmaq mənə böyük şəhərdəki ən təbii şey olduğumu xatırladır. Nə qədər uzun qaçsam, o qədər təzələnirəm. Qaçsam da, gəzsəm də qıçlarım məni getmək istədiyim yerlərə aparır. Qaçmaq və gəzmək, mənə görə nəqliyyatın ən gözəl halıdır."
Səhər qaçışçısı
Gary Bradwell 20 ildir həftədə üç dəfə qaçır. 5 km-i 19 dəqiqə 12 saniyədə, yarı marafonu isə 1 saat 37 dəqiqədə qaçır. O belə deiyr:
"Kral Dəniz Qüvvətləri"ndəykən qaçmaq əhəmiyyətli idi. Təbii ki, mən qaçmağa öz həyatımda da davam etdim.
Səhər qaçışçısı olmaq, məncə, gözəldir. Təbiətin ən saf halına şahidlik edirsiniz. Çox fərqli təcrübələrin olur. Günəşin doğmasını, ilk qar dənəciyini siz görürsünüz. Mövsümün ilk yağışında bəlkə də siz yaş olursunuz.
Son zamanlarda kömək kampaniyaları üçün qaçdım və yaxşı da pul yığdım. Bunlar mənə həyatda məqsədimin olduğunu, qaçaraq da bir şeylər bildiyimi göstərdi.
2012-ci ildə "Martins House" Uşaq evi üçün 900 £, 2013-ci ildə "Make a Wish Foundation" üçün 3.000 £ kömək pulu topladım. Dekabr ayında ölümcül xəstəliyə tutulmuş bir uşaq üçün 64 km qaçaraq 1.500 £ yığdım".
Təqaüdçü professional qaçışçı
Mara Yamauchi - professional marafon qaçışçısı. Həftənin altı günü qaçır. Həftədə təxminən 100 km qaçan Yamuchi sağlam bəslənir və yapon mətbəxini seçir. 10 km-i 31:43, yarı marafonu 68:29 və marafonu 2 saat 23 dəqiqə 12 saniyədə qaçır (ən sürətli ikinci ingilis qadın qaçışçısıdır).
"11 yaşındaykən Los-Angeles Olimpiadalarını izlədim və çox xoşuma gəldi. Sonra olimpiadalarda iştirak etməyin lazım olduğuna qərar verdim.
Təbii ki, bunu harada, necə edəcəyimi bilmirdim. 24 yaşımda 2008-ci il Beijing Olimpiadalarına qadın marafon qaçışçısı olaraq qatıldım.
Rəqabətçi ruhum sayəsində ən yaxşı şəkildə motivasiya oldum.
2012-ci il London Olimpiadalarında TeamGB üçün qaçdıqdan sonra təqaüdçü olmağımın zamanı gəldiyinə qərar verdim. İndi üzərimdə heç bir təzyiq olmadan yalnız əylənmək, sağlam qalmaq üçün qaçıram.
Mənə görə uzun məsafə qaçmaq dünyanın ən təbii şeyidir".
Təpə qaçışcısı
Roger Ashby həftədə üç dəfə qaçır. Enerji verən yeməkləri seçir. Rekordu hava vəziyyətinə bağlıdır. "Həyatım boyunca rəqabətçi bir qaçışçı oldum. Müxtəlif məsafələrdə, ultra marafonlarda həmişə yarışdım. 2004-cü ildə 61 yaşımda Təpə İdmançı Birliyinə (Fell Runners Association) qatıldım və təqaüdçü oldum. İndi Pennie Təpə Qaçışcılarının aktiv üzvüyəm. İl boyu yarışlarda iştirak edirəm.
Bu yarışların yeri çox genişdir: dağlar, düzənliklər. Həqiqətən görmədiyiniz yer qalmır.
Niyə hələ qaçıram? Çünki hələ bunu edərkən əylənirəm, öyrənirəm və fərqli təcrübələr qazanıram".
İdmançı azad ruhlu və qonaqpərvərdir. Kiçik bir dünyası var, amma qısa müddətdə ətraf mühitə alışandır.
Qaçmağı buraxmış qaçışçı
Londondan Laura Street iki ildir qaçır. Həftədə 16 km qaçır. İşdən evə qaçaraq gedir. 10 km-i 59 dəqiqədə qaça bilir.
"Sevgilimdən ayrılanda qaçmağa başladım. Uzun müddətdir nizamlı məşq etmədiyimi fərq etdim. Qaçdıqdan sonra daha xoşbəxt və daha sağlam olduğumu hiss etdim. İdmanla məşğul olmalıydım; amma idman salonu fikri məni ürküdürdü. Həm idman etməliydim, həm təmiz hava almalıydım, həm də pul xərcləməliydim. Doğru cavab təbii ki, qaçışdır.
Vaxtımın çoxunu ofisdə keçirirdim. Həftədə yalnız bir neçə dəfə həyətə çıxa bilirdim. Evdən işə gedərkən bir neçə dəfə qaçdım. İlk başlarda sürətli deyildim. Zamanla evdən işə gedərkən fərqli yollardan qaçdım. Həm Londonu daha yaxşı tanımış oldum, həm də daha uzun məsafə qaçmağa başladım.
Keçən yaz iş yoldaşlarımla birlikdə bir yoldaşımızın xərçəng olan həyat yoldaşını dəstəkləmək və müalicəsinə pul tapmaq üçün 10 km dəstək qaçışına qatıldıq. Yarışdan əvvəl birlikdə məşq etmək möcüzəvi bir təcrübə idi. Həm də böyük bir məqsədə xidmət etdiyimizi düşünürəm.
Dostluq və gözəl bir məqsəd üçün edilsə də, yarışda olma duyğusu xoşuma gəlmədi.
O yarış günündən sonra qaçış karyeramın zirvəsinə çatdığımı düşünüb idman ayaqqabılarımı "təqaüdə yolladım".
Bəlkə gecələr çox uzun olanda ayaqqabılarımı olduğu yerdən çıxardıb yenidən qaçaram."