Maqazin proqramlarına baxarkən şou aləmindəki xanımların özlərinə necə baxdıqlarını, necə gözəl formada qaldıqlarının sirrini bilmək istəyirik. Onların çoxu pəhriz saxlayır, idmanla məşğul olur. Bunları edərkən də yeməklərinə diqqət edirlər. Əslində insan özünü heç kəsə bənzətməməlidir. İnsan özü kimi olmalidir, qoy bəziləri sizə oxşasınlar, siz yox. Hər bir qadın gözəldir. Öz gözəlliyinizi qorumaq üçün ən əsası da sağlam olmaq üçün idman etmək mütləqdir.
Manekenlərin gözəllik qaynağı nədir?
Hər gün internetdə bir çox fərqli manekenlərin fotoşəkilləri ilə qarşılaşırsınız. Hamısı olduqca mükəmməl, olduqca baxımlı və cazibədar bir görünüşə sahibdirlər. Təbii olaraq bir çoxumuzun dərhal əhvalı pozulur: "Haradadır bu gözəlliyin qaynağı?" Hər maneken necə belə gözəl ola bilər? Heç olmasa biri kök, ya da problemli ola bilməzmi?
Onlar göründükləri kimidilərmi?
Bəli, gözəllik mövzusunda narahat olmaq, "Mən niyə bu qədər gözəl deyiləm?" kimi bir sualla özünüzü stresə salmaq əvəzinə, bunu özünüzə problem etməyin. Çünki fotoşəkillərini gördüyünüz o manikenlərin çoxu "dərini zamanla öldürəcək səviyyədə" bir makiyaj qurbanıdırlar. Davamlı olaraq olduqca sıx bir makiyaja məruz qalırlar. Üstəlik, kompüter proqramları ilə ən kiçik bir əyrilik qalmayacaq şəkildə fotoşəkilləri təmizlənir və sizə təqdim edilir.
Bəs necə formada qala bilirlər?
Ən pis qismi də elə budur. Sizcə, manekenlər bu həyatın dadını çıxara bilirmi? Xeyr. Düzdür, onlar sağlam və gözəl ola bilərlər. Amma yedikləri şeylər olduqca məhduddur. Davamlı olaraq idman zalında, məşqdədirlər. Yuxularına qədər hər şey sistemlidir. Nizamlı yuxu, siqaret və spirtli içki məsələsində mümkün qədər diqqət, pəhriz həkimlərinin verdiyi kiçik menyular... Elə buna görə də hamısı eyni kimi və hamısı çox gözəldir. Çünki hamısı robot kimidirlər...
Halbuki, sən normal insansan və onlar kimi olmaq məcburiyyətində deyilsən. Çox şişirtmədən hər şeyi yeyə bilər, həyatın dadını hər baxımdan rahat və azad bir şəkildə çıxara bilərsən. Bəzən saf gözəllik əlçatmaz olur və gözəllik əsla həyatın önünə keçə bilməz.