1. Təxəyyül olmadan heç bir mülahizə yürütmək mümkün deyil. (Aristotel)
2. Adamı düşünməyə məcbur etmək onu çoxlu təlimatlarla təmin etməkdən daha xeyirlidir. (Ç.Bebbecin)
3. Kim ki qaranlığı hiss etmir, o heç vaxt işığa müraciət edə bilməz. (H.T.Boki)
4. Saf zəka, doğru təlim əxlaqi təmizliyə aparır. (M.C.Divani)
5. Yüksək mövqelər böyük adamları daha böyük, alçaq adamları isə daha alçaq edir. (C.Labryuyer)
6. Axmaqla mübarizə aparmaq korlar üçün şam yandırmağa bənzəyir. (Xilon)
7. Müdrik adamlar üçün zəif düşmən yoxdur. (İ.V.Höte)
8. Ehtiyat hər bir qılınca qarşı yönələn qalxandır. (V.Şekspir)
9. Şübhə insanı rahat qoymaz, amma çox bəlalardan qurtarar. (Türk atalar sözü)
10. Əgər biz öz zəif cəhətlərimizi biliriksə, bizə ziyanı dəyməz. (G.K.Lixtenberq)
11. Əgər hamının üzərində hakimiyyət əldə etmək istəyirsənsə, öz üzərində hakimiyyəti ağlına qur. (L.A.Seneka)
12. Fənəri arxasında gizlədən öz yoluna kölgə salar. (R.Taqor)
13. Nadanlar qarşısında ağlını nümayiş etdirmə. (Ərəb atalar sözü)
14. Özgə ağlına ümid bağlayan çox uzağa gedə bilməz. (Y.Kamal)
15. Özünü ağıllı kimi qələmə vermək istəyən səfehdən təhlükəli adam yoxdur. (F.Köçərli)
16. Fikirlərimizin ən yaxşı güzgüsü həyatımızın gedişidir. (Montagne)
17. Dostların dar gündə tanındığını deyirlər, zənnimcə, onlar insanın xoş anlarında da tanınar. (Ç.Aytmatov)
18. Dəliliyin ilk dərəcəsi özünün ağıllı bilməkdir. (M.T.Sidqi)
19. Başqalarının səni tərifləməsi ilə özünü istedadlı zənn etmə. Bəlkə o, öz xeyri üçün belə edir ki, səni qafil eyləsin. (A.Bakıxanov)
20. Təhlükənin üzünə cəsarətlə baxmaq özünü ondan xilas etməyin ən yaxşı vasitəsidir. (C.Lebbok)
21. İnsanı məhv etmək olar, ancaq ona qalib gəlmək olmaz. (E.Hemenquey)
22. Həqiqət cəfəngiyat kimi doğulur, xürafat kimi ölür. (G.V.Hegel)
23. Öz zəifliyini gurultulu sözlərlə və nəcib prinsiplərlə ört-basdır etməyə çalışan adam, istər-istəməz şübhə doğurur. (C.Nehru)
24. Təfəkkür gözə görünməyən təbiət, təbiət isə gözə görünən təfəkkürdür. (H.Heyne)