1. Əl-Əqsa məscidi
2. Qalata qülləsi
İstanbul şəhərinin Qalata səmtində yerləşir, İstanbulun əsas simvollarındandır. Qalata qülləsi dünyanın ən qədim qüllələrindən hesab olunur. Qüllə Bizans imperiyasının imperatoru Anastasiusun göstərişi ilə 528-ci ildən inşa olunmağa başlanmışdır. Xaç yürüşləri zamanı dağıntılara məruz qalmışdır. Osmanlı imperiyası dövründə qüllədən mayak, yanğın qülləsi, su qülləsi, həbsxana və digər məqsədlərlə istifadə olunmuşdur.
3. Əlhambra sarayı
İspaniyanın Qranada şəhərində yerləşən İslam mədəniyyətinin ən məşhur tikililərindən biridir. Əlhambra sarayının tikintisinə 1232-ci ildə Qranada əmirliyinin əmiri Məhəmməd Bin Nəsr dövründə başlanmışdır. Əlhambra sarayında tikinti işlərinin davam etdiyi müddətdə, Əndəlüs vilayətinin digər şəhərləri olan Kardoba və Seviliyada müsəlmanlara qarşı qətliamlar törədilmişdir. Əlhambra sarayının daxili tərtibatı mürəkkəb formada tikilmişdir. Sarayın daxilində yerləşən çoxsaylı otaqların müxtəlif girişləri vardır. Sarayda onlarla hovuz, ziyafət zalı, bağça və fəvvarə mövcuddur.
4. Kardoba məscidi
İspaniyanın Kardoba şəhərində yerləşən bu məscid I Abdurrəhman tərəfindən 786-cı ildə inşa edilməyə başlanmışdır. İçərisində ən çox sütün olan yeganə tikilidir. Orada 1293 sütun vardır. Sütunların çoxu qranitdən, bəziləri müxtəlif daşlardan tikilmişdir. Dünyanın ən qədim məscidlərindən biridir. Çöldən bəzi bəzəkləri dağılsa da, içərisi hələ də göz qamaşdırır.
5. Notrdam kilsəsi
Parisin həm coğrafi, həm də mənəvi mərkəzi sayılan bu kafedral kilsə Site adasının şərqində, vaxtilə qall-roma Yupiter məbədinin yerində tikilmiş Parisin ilk xristian kilsəsi Müqəddəs Stefan bazilikasının yerində tikilmişdir. Tikintisinə 1163-cü ildə VI Lüdovikin zamanında başlanılmışdır. Bəzi mənbələrdə təməl daşının yepiskop Moris de Sulli, digər mənbələrdə isə 1163-cü ildə məhz Papa III Aleksandr tərəfindən qoyulmuş olduğu göstərilir. Memarlığın roman və qotika stillərinin zəngin elementlərini özündə cəmləşdirən məbədin hündürlüyü 35 m, uzunluğu 130 m, eni 48 m, zəng qüllələrinin hündürlüyü isə 69 m-dir.
6. Schonbrunn sarayı
Avstriya imperatoru I Leopold tərəfindən yaz sarayı olaraq inşa etdirilmiş və 1744-1749-cu illrdə imperatriçə Mariya Tereza tərəfindən tamamlanmışdır. Sarayın 1440 otağı vardır. Ən gözəl otağı "Milyonlar otağı"dır. Təkcə bu otaq böyük bir xəzinə dəyərindədir. Avropanın ən möhtəşəm saraylarından olan bu tikili rokko sənətinin ən gözəl nümunələrindən biridir.
7. Anqkor Vat
Kambocada yerləşən və tanrı Vişnaya həsr edilmiş nəhəng hinduizm məbədi kompleksidir. Dünyanın vaxtilə yaradılmış mədəni tikilisi və arxeoloji abidələrindən biri sayılır. XII yarısında kral II Suryavarmanın hakimiyyəti dövründə anqkorian stilində tikilmişdir. Kamboca mədəni tikililəri üçün xarakterik olan "dağ-məbəd" tipinə aid edilir. Bu abidə kompleksi YUNESKO-nun ümumdünya irsi siyahısına salınmışdır. Anqkor Vat Kambocanın dövlət bayrağı və gerbində təsvir olunmuşdur.