Tarix boyunca qəribə görkəmləri olan qeyri-adi tikililər, binalar hər zaman olmuşdur. Bu xəbərdə sizə dünyanın müxəlif yerlərindən qəribə görkəmləri olan tikililəri təqdim edirəm. İnşaAllah sizlərin də marağınıza səbəb olar. Öncədən hər birinizə təşəkkürlər...
1. Meşə içərisində yerləşən bu ev İngiltərədədir. Bir gənc oğlan və ögey atası tərəfindən inşa edilmişdir.
2. Dəniz qabığından ev (Meksika). Bu qəribə ev memar Oktavio Okampo tərəfindən inşa edilmişdir.
3. Şeytanın evi (Kanada). Dennis Oppenheim tərəfindən tikilmişdir.
4. Kavboy ayaqqabısından hamam (ABŞ).
5. Nəhəng ördək (ABŞ). 1930-cu ildə inşa edilmişdir.
6. Fil Lucy (ABŞ) illərdən bəri həm əmlak ofisi, həm otel, həm də restoran olaraq da istifadə edilmşdir.
7. Puzzle Dünyası (Yeni Zellandiya). Hal-hazırda kafe kimi istifadə edilir.
8. Qayıq ev (Kaliforniya, ABŞ). 1925-ci ildə inşa edilıb. Otel və hamam kimi istifadə edilir.
9. Nəhəng qoyun (Yeni Zellandiya).
10. Şkaf teatr (Polşa).