Qadin.NET / 3D şəkillər

3D şəkillər

Bəzi insanların çox gözəl əl qabiliyyətləri, bəzilərinin isə maraqlı hobbiləri olur. Rəssamlıq da çox gözəl hobbidir. Hobbi olduğu qədər də həm əl qabiliyyəti, həm də səbr tələb edən bir sənətdir. Rəssamlıq sənətinin də bir çox növü var. Bu da çox böyük zəhmət, səbr və əl qabiliyyəti tələb edən 3D şəkilləridir. Hansı ki bu şəkillər yerə - daş üstünə çəkilir. Düzdür, belə şəkillərə Azərbaycanda hələlik rast gəlmək olmur. Bu şəkillərdən ən çox Avropa ölkərində var. Ümid edirəm ki, bizdə də tezliklə olar. Çünki çox maraqlıdır. Sizin də bəyənəcəyinizə əminəm. Buyurun baxın.

1. İlk şəklimizdə rəssam uşaqların sevdiyi qış fəslini və hətta qardan şaxta babanı da çəkməyi yaddan çıxarmayıb.

2. İkinci şəkildə isə sanki ziyafət süfrəsində oturmusan.

3. Bu şəkildə isə sanki oturduğunuz yerdə arxadan ilbiz gəlir. Bəziləri üçün qorxunc ola bilər.

4. Burda isə rəssam dağların arasından axan şəlaləni təsvir edib.

5. Bu şəkilləri çəkənlərə həqiqətən halal olsun. Çünki çox möhtəşəmdirlər.

6. Bu insan isə yerdən qızıl tapdığı üçün sevinclidir.

7. Həqiqətən bu şəkilləri çəkmək üçün insanda səbr və qabiliyyət olmalıdır.

8. Rəssamlarımız uşaqları da yaddan çıxarmayıblar. Onlar üçün balaca bir oyun məkanı da yaradıblar.

9. Burda da səbətdən ilan çıxardırlar.

10. Sanki hovuzun kənarında dincəlirsən.

11. Bu şəkilləri öz gözlərimizlə gedib görmək maraqlı olardı.

12. Bunu kim istəməz? Sanki kassanın ağzı açılıb və hər tərəfə pul tökülür.biggrin

13. Bu qardaşımız isə özünü balıqçı hiss edir. Hətta toruna balıq da düşüb, özü də iri bir balıq.

14. Elə bil asfalt aralanıb, maşınlar içəri düşüb.

15. Yerin altından kəpənəyə oxşar həşərat çıxdı.

 16. Bu mənzərəyə sadəcə baxasan. Çünki söz tapa bilmirəm.

17. Şəkildəki qəhrəmanımız çox ürəklidir. Ayı həqiqi olsaydı, görəsən şəkildəki kimi qarşısında dura bilərdimi?mocking

19 yanvar 2014
GO BACK