Qadin.NET / Tarixi bina və məbədlər (2)

Tarixi bina və məbədlər (2)

1. Parfenon

Parfenon məbədi e.ə 447-438-ci illərdə inşa edilib. Yunanıstanın rəmzinə çevrilmiş bu məbəd antik mədəniyyətin ən böyük incilərindən, şah əsərlərindən biridir. Afinanın mərkəzində, Akropol təpəsində tikilmişdir. 

Tarixi bina və məbədlər (2)
2. Porta Niqra
Almaniyanın tarixi tikililərindən biri Porta Niqradır. Romalıların inşa etdikləri bu tikilinin adı latıncadan tərcümədə "qara qapı"  mənasına gəlir. Almaniyada ən qədim müdafiə məqsədli tikilmiş abidələrindən biridir. Porta Niqra Trier şəhərinin simvoluna çevrilmişdir. 
Tarixi bina və məbədlər (2)
3. Panteon
Antik Romanın "bütün tanrılarının məbədi" sayılan bu abidə günümüzdə ən yaxşı qorunmuş, saxlanılmış abidələrdən biridir. Tarix boyunca da hər zaman istifadə edilmişdir. Romadakı ən qədim beton qübbəli binalardandır. Bu qədər genişlikdə bir qübbənin betondan inşa edilməsi o dövrün texnologiyası ilə hələ də heyrətvericidir. 
Tarixi bina və məbədlər (2)
4. Red Fort (Qırmızı qala)
Red Fort Hindistanda yerləşir. Adını inşa edildiyi daşların rəngindən almışdır. Hind dilindən tərcümədə "lal qila" - "qırmızı qala"  anlamına gəlir. Qala 1648-ci ildə inşa edilmişdir. Qalanın arxa tərəfindən Yamuna çayı axır. Arxa divarlarının hündürlüyü təxminən 32 metrdir. 
Tarixi bina və məbədlər (2)
5. Petra-İordaniya
Petra qədimdə paytaxt şəhər olmuşdur. Sonralar dağıntılar, zəlzələlər nəticəsində itmişdi. 1812-ci ildə aşkar olunmuşdur. Bu sirli abidənin hansı məqsədlə tikildiyi məlum deyildi. Sonralar abidənin altında kralların məzarı olduğu müəyyən edilmişdir. Hazırda dünyanın yeddi möcüzəsindən biri sayılır və YUNESKO-nun Dünya Mədəniyyət İrsi siyahısına daxil edilmişdir. 
Tarixi bina və məbədlər (2)
6. London qalası
Qala Temza çayının şimal sahillərində yerləşir və 1078-ci ildə kral I Uilyam tərəfindən inşa olunmuşdur. London qalası cinayətkarlar və əsirlərin saxlanılması üçün inşa edilmişdir. Bu səbəbdən qalada edam və işgəncə otaqları, cəbbəxana, dövlət xəzinəsi və əsgər yataqxanası vardı. 
Tarixi bina və məbədlər (2)
7. Şuşa qalası
Azərbaycanın tarixi tikililərindən olan bu qalanın əsasının nə vaxt qoyulması dəqiq deyil. Qala 1753-cü ildə Pənahəli xan tərəfindən bərpa edilmiş, Qarabağ xanlığının mərkəzi buraya köçürülmüşdür. Təəssüf ki, hal-hazırda həmin ərazimiz işğal altındadır.  
Tarixi bina və məbədlər (2)
8. Sultan Əhməd Camisi
Sultan Əhməd Camisi 1609-1616-cı illərdə sultan I Əhmədin əmrinə əsasən inşa edilmişdir. İstanbulun ən möhtəşəm tikililərindən biridir. Sultan Əhməd Məscidi İstanbuldakı ən böyük tikinti komplekslərindən biridir. Bədii tərtibatda xeyli sayda müxtəlif rəngli İznik çinilərindən istifadə olunmuşdur. İslam memarlığının ən gözəl nümunələrindən olan bu tikili Türkiyədə ilk altı minarəli camidir.
Tarixi bina və məbədlər (2)
3 yanvar 2014
GO BACK