Qadin.NET / Yuxu

Yuxu

Yuxu nədir və neçə saniyə davam edər? Hərdən qulağımıza gələn məlumatlara görə yuxunun çox az davam etdiyini bilirik..Amma nə qədər qısa? Elm adamları bu barədə dəqiq bir nəticəyə gələ bilmədilər. Bəziləri saatlarca davam etdiyini, bəziləri isə sadəcə bir neçə saniyə olduğunu iddia edirdi. Amerikalı professor B.Klein köməkçiləri ilə birlikdə çalışmaya başladı..Könüllü şəkildə seçdiyi bir neçə nəfəri hipnoz ilə yatızdırdı. Müəyyən bir müddətdən sonra oyadıb onların yuxularına qulaq asdı. Nəticədə bir yuxunun 20 saniyədən artıq davam etmədiyi qənaətinə gəldi..

Bunun maraqlı qəribəliyi onda idi ki, oyanan könüllülər 3-5 saniyə davam edən yuxularını saatlarca danışa bilirdilər. Hətta bəzilərinin yuxusu yazılsa maraqlı bir macəra romanı ola bilərdi. B.Klein təslim olmadan illərcə təcrübələrini davam etdi. Bundan sonra belə bir nəticəyə gəldi ki, ən uzun yuxu 90 saniyədən artıq davam etmir. 

Çikaqo universitetinin professoralarından Kleitman və tələbəsi Aserinsky 1953-cü ildə ətraflı araşdırmalara başladılar. Kleitman 30 ildən bəri idi ki, özünü yuxusuz saxlamaqla sınaqlar apamaq istəyirdi.. Lakin heç bir sınaqda bir həftədən çox yuxusuz qala bilmirdi. 30 illik sınaqlar öz nəticəsini göstərməyincə başqaları ilə müxtəlif sınaqlar etməyə başladı. Sınağın sonunda yuxu ərəfəsində qısa və uzun davam edən sürətli göz hərəkətlərinə şahid oldu. Sınaq üçün ayrılmış könüllüləri göz hərəkətlərinin başladığı və qurtardığı periodun müxtəlif hissələrində oyandırdı.  Beləliklə hər dəfə bu şəxslərin yuxu gördüyünü öyrəndi..

Ömür boyu heç vax yuxu görmədiklərini iddia edən bir neçə adamları yığıb onlarla da sınaq apardı. Göz hərəkətlərinin başladığı vaxt oyandırdığı bu şəxlər təəcüb və heyrətlə ilk dəfə yuxu gördüklərini dedilər..

Professor Kleitman bu nəticəyə gəldi: Hamı yuxu görür, lakin bəzilərimiz gördüyümüz yuxunu xatırlaya bilmirik. Yuxuya aid ən obyektiv sübut isə yatmaqda olan insanın sürətli göz hərəkətləridir.

Yuxu 

Şirin yuxular sizə hər yatdığınızda.

29 dekabr 2010
GO BACK