Qədim zamanlarda şamlar Çində və Yaponiyada arı mumundan hazırlanırdı.Onlar təbii məhsuldan hazırlandığına görə ən faydalı şamlar hesab olunurdu.Eyni zamanda yanarkən mumun qoxusu sakitləşdiricidi təsir göstərərək,əhval-ruhiyyəni yüksəldirdi.XVIII əsrdə şamları heyvan piyindən hazırlayırdılar.
Lakin onlar çox baha başa gəldiklərinə görə,XIX əsrdə şamları köpək balığının beyinində olan maddələrlə əvəz etməyə başladılar.Bu şamlar olduqca parlaq alovlu idilər. Lakin insanlar köpək balığı kimi nadir heyvanın axırlarına çıxacaqlarından ehtiyat edərək, ondan əl çəkiblər. İndiki dövrdə isə şamları parafin-neftdən alınan maddədən hazırlayırlar.Bu daha ucuz başa gəlir.Parafin təbii maddə olmasa da,hətta ondan müalicə üsulu kimi də istifadə etmək mümkündür.
Şamlar əsasən bir neçə növə bölünür:
Dekorativ şamlar : qeyri-adi görünüşə malik,fantaziyaların bir araya gələrək yaratdığı füsunkar gözəllikdir.
Gündəlik şamlar : ucuz və kütlə tərəfindən daha çox istifadə olunan şamlardır.Bu şamlar parafindən hazırlanmış,ağ rəngdən ibarət,sadə silindr formasına malikdirlər.
Stolüstü şamlar : silindr və konus formasında olurlar.Süfrədə gözəllik üçün estetik görünüş verilərək,müxtəlif rənglərlə boyanılır.Klassik görünüşlü,aromatik qoxuya malikdir.
Çətənə şamlar : böyük diametrə malik olub,heç bir şamdana ehtiyacı olmayan şamlardır.İstehsalında müxtəlif rəng çalarlarından istifadə edilsə də,klassik görünüşlü amma heç bir aroma qoxusunu özlərində cəmləşdirmirlər.
Kilsə şamları : xüsusi özəlliklərə malik deyillər,yalnız müqəddəs günlərdə kilsədə istifadə olunur.
Çay şamları : adı qeyri-adi səslənsə də,özünəməxsus gözəlliklərə sahibdirlər.Belə ki,bu şamları dekorativ şamdamların içərisinə qoyaraq yalnız çay süfrəsinə təqdim olunur.Bu da insana romantika duyğusu aşılayır.
Hava şamları : yalnız pikniklərdə,düşərgələrdə və s.kimi təbiətin qoynunda keçirilən istirahət və tədbirlər üçün nəzərdə tutulmuş şamlardır.
Ümumiyyətlə emosiyanın enerjisi od işarəsi ilə yaxındır.Buna görə də emosiyalarımız şamı hər zaman qidalandırır.Və bu zaman o daha şövqlə yanır.Əzizlərim,axşamlar şam işığında bir-biriniz haqqında çox şeyləri öyrənə bilərsiniz.Bunun üçün otaqda olan hər kəs eyni formalı,eyni ölçülü şam yandırmalıdır.Məhz bu zaman hər bir şamın necə alovlanmasını və qarşımızdakı şəxsin münasibətini bilmək olar.
Belə ki,həmin anda kimin şamı sönürsə, demək o şəxs həmin zaman üçün əsəbi və yorğundur.Siz söhbət edərkən,həmsöhbətinizin şamı rəvan yanırsa,deməli o sizə diqqətlə qulaq asır.Əgər alov titrəyirsə,əmin olun ki,danışdığınız mövzu ətrafında o sizinlə qətiyyən həmfikir deyil.Hətta o məsələni müzakirə etməyə də hazırdır.Eyni zamanda şamlar evdə gözəl aura yaradaraq ,evdə mənfi enerjini götürür.Məsləhətdir ki,yadınıza düşəndə,boş vaxtlarınızda sadəcə bir şam yandırasınız.Arzu edirəm ki,həyatınızın şamı hər zaman yanar olsun...