Qadin.NET / Yeni ili evdə necə keçirməli?

Yeni ili evdə necə keçirməli?

Yeni il günü bir çox insanlar ailə əhatəsində qeyd etməyi üstün tutur. Bəs ev şəraitində bayram ab-havasını yaratmaq, dostlarla ailə üzvləri ilə maraqlı vaxt keçirmək, bir sözlə darıxmamaq üçün nə etməliyik? Məhz bunun üçün sizə yeni ili evdə ailənizlə, dostlarınızla qarşılamaq üçün maraqlı tövsiyələrimizi təqdim edirəm. 

Yeni ili evdə necə keçirməli?

1. Hədiyyə oyunu

Evdə yeni  ilə girərkən sevdiklərinizə kiçik hədiyyələr alaraq mühiti şənləndirə bilərsiniz. Evə gələn qonaqlar hədiyyə almaq məcburiyyətindədir. Hədiyyələr nömrələnir və edilən çəkilişlə hansı nömrə çıxarsa, həmin hədiyyə sizin olur. Ya da yaddaqalan olması üçün hər kəs kartlar hazırlayıb diləklərini yazaraq bir-birinə xatirə olaraq verə bilər.

Yeni ili evdə necə keçirməli?

2. Klassik loto

Müxtəlif ölkələrdə keçirilən məşhur oyunlardan biridir. İtaliyanın cənubundakı şəhərlərdə əldə edilən qazancı artıraraq xeyir işlərə sərf etmək və ya gəlir əldə etmək məqsədilə meydana gəlmişdir. Sonralar əyləncəyə çevrilmişdir. Uşaqların sevdiyi bu oyun bütün ailə üzvlərinin iştirakı ilə daha şən keçir. Torbadakı nömrəli daşları seçərək və nömrələnmiş kartlarla oynanılan bu şans oyununda kartda bütün nömrələri çıxan şəxs "Binqo" deyir və mükafatın sahibi olur.

Yeni ili evdə necə keçirməli?

3. Karaoke

Yaponiyadan bütün dünyaya yayılan bu əyləncə növü evdə yeni il gecəsini əlində mikrofonla dostları ilə gözəl bir gün keçirmək istəyənlər üçün əla seçimdir. Əgər bir DVD və ya VCD pleyeriniz varsa, karaoke dəsti almaq kifayətdir. Karaoke  dəstində müxtəlif mahnılar yer alır. Zövqünüzcə olanını seçib ifa edə bilərsiniz.

Yeni ili evdə necə keçirməli?

4. Səssiz film

Əgər evdə çoxlu qonaq varsa, oynanıla biləcək ən gözəl oyunlardan biri səssiz filmdir. Bir az aktyorluq qabiliyyəti olan hər kəs bu oyunu rahatlıqla oynaya bilər. Bərabər sayda olmaqla iki qrupa bölünür. Qarşı tərəfin dediyi sözləri, filmi öz qrupuna izah etməlisən. Təbii ki, izahı çətin sözləri seçib rəqibə vermək oyunu daha da maraqlı edəcək.

Yeni ili evdə necə keçirməli?

5. DVD izləmək

Yeni ili evdə qarşılayanların televizordan da uzaq durması çətindir. Televiziya kanallarının hər il hazırladığı klassik yeni il şənliklərini izləməkdənsə, zövqünüzcə olan DVD alıb, yaxınlarınızla izləyə bilərsiniz.

23 dekabr 2013
GO BACK