Qadin.NET / Yeni il gecəsi üçün məsləhətlər

Yeni il gecəsi üçün məsləhətlər

Yeni il gecəsi üçün məsləhətlər

Yeni il gecəsini əyləncəli keçirmək üçün nə etmək olar? Yeni il üçün hal-hazırda bir planınız yoxdursa, bu özəl gecə ilə bağlı əyləncəli fikirlər almaq istəyirsinizsə, buyurun, xəbəri oxuyun. 

Yeni ildə tətil möhtəşəm bir fikirdir!

Bu il dekabrın 31-i çərşənbə axşamı gününə təsadüf edir. Dövlət təxminən 1 həftə bizlərə istirahət günü hədiyyə edir. Əgər bu 5 gün olsa belə, tətil üçün kifayət edəcək qədər gözəl bir müddətdir. Tətil dedikdə, insanın ağlına ilk öncə dəniz kənarında bir yer gəlir. Yodaşınızla birgə bir neçə günlük şəhərdən kənara çıxsanız, çox gözəl olar. Məsələn olduğunuz şəhərə 2-3 saatlıq məsafədə olan tarixi, turistik bir yerə gedə bilərsiniz. Şəhərin gurultusundan, tıxacından uzaq, sadəcə öz səsinizi duya biləcəyiniz bir yerə gedin. Evinizdən uzaqda aiəlinizlə romantik bir bayram keçirin.  

Yeni il gecəsi üçün məsləhətlər

Bayramda evdə nələr etmək olar?

Hər kəsin büdcəsi bayramda harada getmətə imkan vermir. Ya da böyük ailələr, xüsusilə körpə uşaqları olan ailələr üçün soyuq dekabr ayında tətilə çıxmaq çox da ysxşı fikir deyil. Demək, yeni ili evdə keçirəcəksiniz. Bunu əyləncəli, maraqlı etmək üçün sizə bir neçə məsləhət vermək istərdim.

Yeni ildə televizor qadağandır!

İlk məsləhətimiz: bayram gecəsi televizoru heç açmayın. Televizordan mahnı dinləmək əvəzinə, özünüzə repertuar hazırlayın. Qulağınıza xoş gələn, hər zaman zümzümə etdiyiniz, dinləməkdən zövq aldığınız mahnıları kompüterinizə yazın və ordan səsləndirin. 

Yeni il gecəsi üçün məsləhətlər

Sevdiklərinizlə birlikdə gözəl axşam yeməyi!

Dostlarınızı, rəfiqələrinizi yeməyə çağırın. Ailəlikcə görüşməkdən zövq aldığınız ailə dostlarınızla yeni ili qarşılayın. Bu arada gecə uzun olduğu üçün diqqətli olun, spirtli içkilərin masanızda olmamasına çalışın, çünki bu günün sabahı olacaq! Sonrası gün başağrısı və mədə bulantısı yaşamaq istəməzsiniz yəqin ki. 

Reytinqi yüksək olan filmləri seyr edin! 

Əgər evdə təksinizsə, reytinqi yüksək olan filmləri izləyə bilərsiniz. Uzun zamandır izləmək istədiyiniz, amma vaxt tapa bilmədiyiniz filmlərə baxmaq gözəl ideyadır. 

 
Yeni il gecəsi üçün məsləhətlər

Haydı, qızlar, dedi-qoduya mocking  

Rəfiqələrinizlə yastıq oyunu oynamağa nə deyirsiniz? Məncə, bu gecə heç bir paylaşılmayan sirr qalmayacaq. Qaranlıqda bütün sirlər açılacaq.

Həyat yoldaşınıza "qırmızı sürpriz" edin! 

Yəqin ki, qırmızı alt paltarının "gücü" hər kəsə məlumdur. "Qırmızı alt paltarı uğur gətirir" deyirlər. Yeni il gecəsi yoldaşınıza qırmızılar içində bir bayram yaşada bilərsiniz!

Yeni iliniz mübarək olsun, inşAllah, 2014-cü il hər kəs üçün uğurlu, xoş hadisələrlə yaddaşlarda iz buraxar smile

28 dekabr 2013
GO BACK