Qadin.NET / Nazim ilə Piraye

Nazim ilə Piraye

Nazim Hikmət həyatı boyunca bir neçə dəfə aşiq oldu. Onun ən gözəl eşq şerləri yazdığı, ən uzun evli qaldığı qadın isə Piraye olmuşdur. Nazim Hikmət ilə Pirayenin məhəbbəti dillərdə dastan oldu. Nazim həbsə girdikdə bu məhəbbət daha da alovlandı. Onun 1933-cü ildən 1950-yə qədər 17 il boyunca yazdığı məktubları Piraye taxta bir qutuda qorudu.

Necə də gözəl duyğudur xatırlamaq səni

Ölüm və zəfər xəbərləri içində.

Həbsdə

Və yaşım qırxı keçəndən sonra...

Necə də gözəl duyğudur xatırlamaq səni

Bir mavi parçanın üstündə unudulan əlində

Və saçlarında

Vüqarlı yumşaqlığı canımın içi İstanbul torpağının...

İçimdə ikinci bir insan kimidir

Səni sevmək səadəti...

Barmaqlarımın ucunda qalan dəfnə yarpağının qoxusu,

Günəşli bir rahatlıq

Və hərarətinin dəvəti:

Qızılı xəttlərlə bölünən

İsti

Tünd qaranlıq...

Necə də gözəl duyğudur xatırlamaq səni

Yazmaq sənin haqqında

Həbsdə kürəyi üstə yatıb səni düşünmək...

Filan gün, filan yerdə dediyin sözün

Özü yox,

Ədasındakı dünya...

Necə də gözəl duyğudur xatırlamaq səni

Sənə taxtadan nəsə düzəltməliyəm yenə:

Bir daxıl,

Bir üzük

Və üç metrlik incə iplik toxumalıyam

Və elə o saat qalxaraq yerimdən

Pəncərəmdəki dəmirlərə yapışaraq

Hüriyyətin açıq maviliyinə

Sənə yazdıqlarımı bağıra - bağıra oxumalıyam...

Necə də gözəl duyğudur xatırlamaq səni

Ölüm və zəfər xəbərləri içindən.

Həbsdə

Və yaşım qırxı keçəndən sonra...

 (20 sentyabr 1945)

Bu gecə vaxtı

Bu payız gecəsində

Kəlimələrinlə doluyam:

Zaman kimi, maddə kimi əbədi

Göz kimi çılpaq

El kimi ağır

Və ulduzlar kimi tər təmiz

Kəlimələr

Kəlimələrin gəldi mənə

Ürəyindən, beynindən, ətindəndilər

Kəlimələrin gətirdilər səni,

Onlar: ana,

Onlar: qadın

Və yoldaş olan.

Kədərdidilər, acı doludular, sevincli, ümidli, qəhrəmandılar.

Kəlimələrin insandılar...

21 sentyabr 1945

Oğlumuz xəstə,

Atası həbsdə

Sənin yorğun əllərində ağır başın

Dünyanın vəziyyəti kimidir vəziyyətimiz...

İnsanlar, daha gözəl günlərə insanları daşıyar,

Oğlumuz sağalar,

Atası çıxar həbsdən

Gülər sənin gözlərinin içi

Dünyanın vəziyyəti kimidir vəziyyətimiz...

22 sentyabr 1945

"Qarıma məktub"
Əhf olursa 
nəsib olur, 
üç günədək.
Saçlarını oxşaya bilmək…
Yavrum! Uyuyamıyorum!
Görünməz quşlar ötüyor 
üstündə qızıl ağacların.
Alovlu bir duman kimi tütüyor 
gözlərimdə saçların!
Saçların altın,
Dodaqların nar
Koyu kəhribir 
gözlü sevgilim!

Sevgilim,
Yıldızlarımızın bağçasından budaq qoparma, 
yemişlərini kəsmə dilim-dilim.
Qoparılmış budaq 
və kəsilmiş yemişlər ölüdürlər:
Sən ki, cəsursan, 
gözəlsən 
iyi və ağıllısan,
Bağçanı görə bilməkdədir bəxtiyarlıq 
durmadan quruyub 
durmadan 
yaşıllaşan 
bağçanı.

9 oktyabr 2013
GO BACK