Qadin.NET / Ağac evlər

Ağac evlər

İndi elə bir dövrdə yaşayırıq ki, insanlar hər şeydən bir gözəllik yaradırlar. Bu gün mən sizə insan əliylə hazırlanan həmin gözəlliklərdən bəhs edəcəyəm. Sizə bir-birindən gözəl evlər təqdim edirəm. Belə evlər gözəl, qeyri-adi olduğu qədər də insana çox romantik bir hisslər yaşadır. Bundan başqa, gözəl mənzərəyə sahibdirsə, məsələn, dağın ətəyində, çay kənarında və yaxud da dəniz sahilində, o zaman mənzərə daha gözəl olur.

Ağac üzərindəki ikimərtəbəli ev elə çölündən insanı özünə aşiq olmağa vadar edir.

Bu evlər rəngarəngliyi sevənlər üçün ideal seçim ola bilər.

Bunun isə ayrı bir gözəlliyi var. Çöldə qar dizə çadır. Ağac evdə odun sobasını yandırıb istisinə qızınırsan.

Bu ev ağacda olmasa da taxdadan tikilib və formaca insanı özünə cəlb edir.

Kim gedib bir-iki günlüyə də olsa belə evdə yaşamaq istəməz ki?!

Ağac üzərində restoran düzəldilib. Sevdiyiniz şəxslə gedib orada şam etmək həyatınızda unuda bilməyəcəyimiz gün ola bilər.

Sizcə, çox sevimli görünmürmü?

8. Sevdiyiniz insanla burda olmaq istərdinizmi?

9. İnsanın belə evi ola...

10. Bu şəkildəki ev formaca digərlərindən fərqlidir. Amma onu da deyim ki, evin yaxşı olmağı üçün gərək içindəkilər gözəl və xoşbəxt olsunlar. Onda hər bir xırda əşya da sizə gözəl gələcək.

22 dekabr 2013
GO BACK