Bərbərlik - qədim dövrlərdən günümüzə qədər gəlib çatmış, müxtəlif mərhələləri keçərək müasirləşmiş bir peşədir. Saç düzümləri və saça kəsimlərinin keçdiyi bu illər boyu olan dəyişikliklər sayəsində günümüzə kimi çatmış sənətdir. Hər bir ölkədə, hər bir şəhərdə bərbərlik salonlarına rast gəlirik. Bəs bərbərliyin tarixi haqqında nələr bilirik? Elə məhz bu xəbərimdə sizə bərbərlik sənətinin müasir günümüzə kimi hansı mərhələlərdən keçdiyindən yazacağam.
Dünya müharibəsinə qədər olan uzun saç formasının yerini, Amerikadan gələn qısa saç forması olan ''alaqarson'' tutdu. Bu saç nizamlı qulluq və mütəxəssis tərəfindən kəsilmə tələb edirdi.
1872-ci ildə Marcel Grateau dalğalı saç tərzini kəşf etdi. Bu kəşf bərbərlik sənətində yenilik oldu. Fransızca ondulation - dalğalı adlanan saç düzümü cərrah maşasının köməyi ilə yaradılırdı. Sonra bu saç üslubu "Marsel dalğası" və ya "Marseillaise cərrah maşası" adlandırılmağa başlandı və qısa zamanda hər yerə yayılaraq müxtəlif formaları yarandı. Bu saç üslubunda taxma saçlar da hazırlandı. Dalğanın ölçüsü və sıxlığı ilə saç düzümü fərqlənməyə başladı.

K.Nesserin tapdığı (1906) isti perma və Josef Mayerin düz biqudisi böyük saç formalarına yeniliklər gətirdi. Beləliklə, kimyəvi məhsullar bərbərlik peşəsinə yeni imkanlar gətirdi.
Greteau bir gün təsadüfən saç forması edərkən normal olaraq kiçik yumru biqudi formasını deyil, bir az daha böyük biqudi formasından istifadə etdi. Nəticədə oyuq, dərin, təbii bir dalğa alındı.
1900-cü ildən sonra texnika ilə birlikdə bir çox imkanlar da inkişaf etdi. Karl Ludwig Ness Londonda isti permanı tətbiq etdi, ancaq məşhurluğa Amerikada qovuşdu. Bir miqdar suyla nəmləndirildikdən sonra saçlar isidiciylə qaynaqlandı. Rezin örtüklər də başın yanmasına maneə törətdi.
1924-cü ildə Ö.Josef Mayer Nesslerin spiralvari formanın yerinə bu günkü düz formanı kəşf etdi.
Fransız Thillay və Hugo ilk dəfə hidrogen peroksidlə saç rəngini açmışdılar.
Schwarzkopf 1933-cü ildə ilk qələvisiz şampun kəşf edib.
1941-ci ildə bir amerikan firması qələvili amonium əsasında soyuq perma patentini çıxarmışdı. 1947-ci ildə Schwarzkopf Almaniyada ilk soyuq permanı kəşf etdi. 1947-ci ildə Wella ilk soyuq permanı bazara təqdim etdi.
1950-ci ildə krem formalı oksidləşmə boyalarını satışa çıxarıldı.