Çin təqvimi üzrə yeni 2014-cü il yanvarın 31-də qədəmlərini ölkəmizə basacaq. Gələcək ilin enerjisi bizə bütün sahələrdə fəallığı hədiyyə edəcək, parlaq təəssüratlar və yeniliklər gətirəcək. Ancaq 2014-cü il də çətinliksiz keçməyəcək.
Küsəyənlik başlayan ilin daha bir qamçısıdır. Və bu hiss yalnız zərbəni sizə vurmayacaq, həm də sizin ətrafınızdakılara da təsir edəcək. İstənilən təhqir üçün sizi "vuracaq", həm də səhvləriniz düz üzünüzə deyiləcək. Bundan çəkinmək daha yaxşıdır, çünki hirsiniz soyuyandan sonra peşman olacaqsınız.
Bundan başqa, 2014-cü ildə emosional və psixoloji vəziyyətin tənzimlənməsindəqohumluq əlaqələri əhəmiyyətli rol oynayacaq. Onlar yaxınlarına hansısa bir kompleksdən qurtulmağa kömək edəcəklər.
Xarici görkəminizə fikir verin. At eyni zamanda da gözəl və baxımlı olmağı sevir. Bu il geyimlərdə də rəngarənglik hökm sürəcək. Ancaq daha çox ağ, qara, qırmızı, qəhvəyi rənglər aktual olacaq.
At və iş
Başlayan ildə karyeranın sürətlə yüksəlməsinə bel bağlamaq lazım deyil. Bir qayda olaraq, At vəzifə inkişafına imkan yaratmır. Hərçənd ki, ona mane də olmur, sadəcə, işdə yüksəlmək üçün "qəhrəmanlıq etmək" lazım olacaq. Yeri gəlmişkən, əgər karyera nərdivanının növbəti pilləsini arzu edirsinizsə, onda fevral ayından may ayına qədər kənara pul qoyun – məhz bu vaxt əlinizə keçəcək olan şanslar özünüzü təsdiqləməyə imkan yaradacaq. Çünki At əylənməyi xoşlayır. Asudə vaxtında tanışları ilə ünsiyyətdə olan və insanlarda müsbət emosiyalar yaradanlar gələn ildə xüsusi uğurlara imza atacaqlar. Turizm sahəsi işçilərini yaxşı il gözləyir. Hüquq və ya hər hansı tədrislə məşğul olan insanlar uğur qazanacaq. Alimləri və ixtiraçıları əhəmiyyətli işlər və dövlət dəstəyi gözləyir.
Hamıya xatırlamağa dəyər ki, at – dürüst varlıqdır, ədalətli kəslərə, hər şeyə öz əməyi ilə sahib olanlara xeyir gətirəcək. Natəmiz insanlar və cinayətkarlar üçün pis il olacaq, onlar elə cəzalandırılacaq ki, uzun müddət bunun ziyanını çəkəcəklər.
El arasında belə bir deyim var - "At muraddır". Bu yeni ildə hər kəsə öz muradına çatmağı arzu edirəm. Allah 2014-cü ildə bizə ruzi- bərəkət, şən, xoşbəxt, sağlam həyat bəxş etsin. Amin!