Qadin.NET / Mumiyalanmış körpənin sirri

Mumiyalanmış körpənin sirri

Mumiyalanmış körpənin sirri


       Mumiyalanan Rosalia Lombardo düz 90 ildir ki, heç pozulmadan belecə bir bəbək kimi yatır. Alimlər bu sirri tapmaq üçün düz 90 il çalışdılar.
Bu günlərdə dünyada H1N1 olaraq bilinən donuz qripinə bənzər İspan qripi bir vaxtlar sadəcə Avropada 25 milyon can aldı.
Bunlardan biri də İtalyan general Mario Lombardonun balaca qızı Rosalia Lombardo idi. Balaca qız İspan qripindən ölərkən atası bu bəlaya dözmədi.
Əzablarını azaltmaq üçün qızını mumyalaşdıraraq ölümsüzləşdirmək istədi.
Bu işi bacaran adamı İtaliyanın Siciliya bölgəsində tapdı. Mumiya ustası Alfredo Salafia balaca qızı mumiyalayaraq şüşə tabutun içərisinə qoydu. Ancaq Salafia bu mumyalama üsulunu kimsəyə söyləmədi.
Onun sirrini özü ilə bərabər qəbrə götürdü. İndi İtaliyanın Palermo şəhərində yerləşən muzeydə olan bu balaca qızın necə mumiyalanması sirrini tapmaq üçün arxeoloqlar illərcə tədqiqatlar aparmışlar.

Mumiyalanmış körpənin sirri


     Amma uzun illər sonra bu sirri açmaq Palermo Universitetində işləyən arxeoloq Piombino Mascaliyə nəsib oldu. 1999-cu ildən bu tərəfə mumiya ustası Salafianın sirri üzərində çalışan Mascali təsadüfən bir əlyazma əsəri tapdı. Salafia balaca qızı necə mumiyaladığını bu yazıda detaylı şəkildə izah etmişdi.
Əlyazmaya görə Salafia, Rosalia Lombardonun damarlarına spirt və salisil qarışıqlı bir məhlul yeritmişdir.

Mumiyalanmış körpənin sirri

 

Mumiyalanmış körpənin sirri
16 may 2009
GO BACK