Qadin.NET / Dahilərin kəlamları

Dahilərin kəlamları

Şair və yazıçılarımız zaman-zaman öz əsərlərində qadın gözəllikləri, məhəbbəti, sevgisi, əxlaq və tərbiyəsi ilə bağlı müxtəlif fikirlər söyləmişlər. Bu fikirlər hər dövrdə onların doğru olduğunu dəfələrlə təsdiqləyir. Bunlardan bəzilərini sizinlə bölüşmək istəyirəm.

Dahilərin kəlamları

* Ancaq sevgi əsasında qurulan nigah əxlaqi nigah hesab olunursa, yalnız sevgini yaşadan nigah məhz əxlaqi nigah olaraq qalır. (F.Engels)

* Sevgi yarası öldürməsə də heç vaxt sağalmır. (C.Bayron)

* Sevgi hər şeyə qalib gəlir, gəlin biz də olun hökmranlığına tabe olaq. (M.P.Vergiliy)

* Sevgi müharibə kimidir, onu başlamaq asandır, dayandırmaq çətin. (H.Mengen)

* Bir ürəkdə olmaz iki sevgili,

İki ürəklinin düz olmaz dili. (Nizami)

* Eşq aləmində ağıl ürəyin kölgəsidir. (M.H.Eynəlqüzzat)

* Bu qoca dünyada bir adət də var,

Qadın olan yerdə ədalət də var. (S.Vurğun)

Dahilərin kəlamları

* Ömrə günəş ruhu saçandır ana,

Səadət qapısı açandır ana. (M.Bahar)

* Qadına münasibət - namusun, vicdanın, təmizliyin, nəcibliyin çox incə ölçü cihazıdır. (M.A.Suxomlinski)

* Qadında müdriklik və dəyanət kişidə namusluq tərbiyə edir (M.A.Suxomlinski)

* Ana insaniyyətin məşəl aparanıdır. (Y.V.Çəmənzəminli) 

Xoşbəxt olmaq üçün xoşbəxtliyin mümkün olmasına inanmaq lazımdır. (A.N. Tolstoy)

* Xoşbəxtliyə nail olmağın yeganə vasitəsi bilikdir, maarifdir, müdriklikdir. (K.A.Helvesti)

* Xoşbəxt o adamdır ki, özgənin günahlarını saymağa vaxt itirməyib, öz şəxsi qüsurlarını düzətməklə məşğuldur. (Əbül Fərəc)

* Xoşbəxtlik 4 şeydən ibarətdir: əsli pak, ürəyi pak, əli pak, rəyi doğru... (M.T.Sidqi)

* Hökm hər şeyə çatır, qəlbə yox! (Y.V. Çəmənzəminli)

* Məhəbbət əsəblərin daimi, qüvvətli qıcıqlanmasıdır. Bu qıcıqlanma əsəb sistemini, əqli və əxlaqi qüvvələri inkişaf etdirir. (N.Q.Çernişevski)

Dahilərin kəlamları
* Tərbiyənin alət və vasitəsi məhəbbət, qayəsi isə insanpərəslik olmalıdır. (F.Bekon)
* İnsana səadət bəxş etməkdən yüksək və gözəl bir əməl yoxdur. (A.Bakıxanov)

* Tərbiyə böyük işdir, insanın taleyini o həll edir. (V.Q.Belinski)

* Biz özümüzü başqalarının bizi gördüyü kimi görə bilməyə çalışmalıyıq. (M.Qandi)

* İnsanda yaxşı nə varsa, günəşin şüalarından və ana südündəndir, bizdə həyat məhəbbəti doğuran da budur.(M.Qorki)

* O adamın nəsihətləri düz olar ki, əməli dedikləri ilə düz gəlsin. (M.Əvhədi)

* Ağıllı tərbiyə, hünər, nəzakət,

Ağla nur verər, ürəyə qüvvət. (Nizami)

* Kiçik ikən hər uşaq edilməsə tərbiyət

Böyüyərkən görülməz ondan ədəb, nəzakət. (Sədi)

* Tərbiyədə ən böyük səhv həddindən artıq tələsməkdir. (J.J.Russo)

14 dekabr 2013
GO BACK