Günlər keçdikcə 2011-ci ilə bir az daha yaxınlaşırıq. Hər yeni il yeni arzu, yeni ümid deməkdir. Yəqin ki, aramızda çoxunuz təqvim dəyişən anı böyük həyəcanla gözləyir, ürəyinizdə arzu tutaraq onun reallaşmasını istəyirsiniz. İstərdim burada 2011-ci ildən gözlədiyimiz konkret istəklərimizdən söhbət açaq.
Əziz xanımlar, 2011-ci ildə həyatınızda hansı dəyişikliklərin olmasını istərdiniz?
İnanıram ki, bir ildən sonra bu xəbərə arxivdə nəzər salanda səsləndirdiyimiz arzularımız reallıq olacaq