Qadin.NET / Sevdiyiniz şəxsin oxuduqları

Sevdiyiniz şəxsin oxuduqları

 Bir vaxtlar kitab ən gözəl hədiyyə idi.Hər kəs böyük həvəslə kitab oxumağa can atırdı.O,bilik mənbəyi olmaqla yanaşı insanın xasiyyəti haqqında da məlumatlar verir.Bəs sizin sevdiyiniz və ya seçdiyiniz şəxs necə,kitab oxuyurmu?Əgər oxuyursa,hansı kitablara üstünlük verdiyinə diqqət edin.Bu yolla siz onun xasiyyəti haqqında çox şey öyrənə bilərsiniz.Amma bir daha deyirəm,oxuduqları kitablara,rəfə yığdıqlarına yox.

Detektiv əsərlər

Bu şəxsin xasiyyətində bir qədər aravuranlıq var.Həm də davaya meyllidir.Bir qayda olaraq,kitab qəhrəmanlarının həyatını yaşamaq istəyir.Hansısa  qərarı qəbul edərkən yüz dəfə müsbət və mənfi cəhətlərini ölçüb-biçirlər.Onunla birgə yaşayarkən tam əminliklə sərbəst ola  və heç bir problem haqqında düşünməyə bilərsiniz.

Fantastik əsərlər

Bu janrı sevənlər demək olar ki,daim buludların üzərində uçurlar.Bir qayda olaraq,onlar müəyyən qədər romantik insanlardırlar.Beləliklə,əgər siz aydın səma altında ocaq qalayıb səhərə kimi oturmaq istəyirsinizsə,bu əsl sizin arzuladığınız biridir


Xüsusi ədəbiyyat

Görünür siz daim onun işi haqqında söhbətlərə qulaq asmalı olacaqsınız.Heç onunla kinoya,teatra getməyə cəhd də göstərməyin.O,qaranlıq zalda da öz  işindən danışmaqdan bezməyəcək.

Tarixi əsərlər

Siz bir qədər köhnəfikirli insanı seçmisiniz.O,hər işdə xırdalıqlara nəzərə alandı.Bu tip insan sizin hər bir addımınıza,hər hərəkətinizə fikir verəcək  və hər şeyə tənqidi yanaşacaq.

 

Əzizlərim, əgər heç kitab oxumursa,onda çalışın fantastik kitab oxusun )

27 yanvar 2011
GO BACK