Qadin.NET / İlk çantalar

İlk çantalar

Ilk çantalar  sözün əsl mənasında təbiət tərəfindən bəxş edilmişdir.Onlar əsasən yarpaqlardan və heyvanların dərisindən hazırlanırdı.

 


İlk başlanğıcdan yalnız gözəllik nişanəsi kimi istifadə edilsə də,zamanla qadınların ən yaxın aksessuarına çevrilmişdir.Saç  düzümlərində,geyimlərdə və s.dəb dəyişikliyi olduğu kimi çantalar da forma etibarilə dəyişilməyə başlamışdır.Rəsmi olaraq XIV əsrdən bu günümüzə gəlib çatmışdır.

XV əsrdən çantalardan nəinki qadınlar,hətta kişilər də istifadə edirdilər.Kişilər həmin çantaları kəmərlərinə bərkidirdilər ki,bu da əlavə cib mənasını bildirirdi.Qadınlar isə yalnız iplərindən tutaraq istifadə edirdilər.Zaman daha çox irəlilədikcə qadınlar əsl füsunkarlığı xatırladan çantalardan istifadə etməyə başladılar.Bu çantalar da sahibinin hansısa statusa malik olmasından xəbər verirdi.


 


XVII əsrdə çantalar dərin kisə görkəmini xatırladırdı.Bunun da əsl səbəbi qadınların çantalarına təkcə özlərinə məsus ləvazimatları deyil,həmçinin evə aid olan kiçik xırdalıqları da yerləşdirilməsi nəzərdə tutulmuşdur.


İlk çantalar 

 

XVIII əsrdə çantalar əsasən məxmərdən və həşkədən hazırlanırdı.Bu çantalar XV Ludovikin sevimlisinin şərəfinə ”pompadur” adlandırılırdı.Bu tip çantalar,gündəlik istifadəsi mümkün olmasa da tələbatı ödəyəcək ən böyük kəşf idi.

 

İlk çantalar

İlk çantalar


1790-cı il çantaların əldə tutularaq istifadə olunması ili kimi qeyd olunmuşdur.Bu yenilik əsasən fransız inqilabı ilə əlaqədar idi.1804-cü ildə yerdəyişmə prosesi baş verdi.Bu prosesin əsas məğzi-kişilər əllərini ciblərində saxlamalı,qadınların isə məcazi anlamda cibləri, yəni çantaları əllərində olmalıdır.

 

İlk çantalar


XIX əsrdə çantalar daha yeni görkəm alaraq dünyanın bir çox ölkələrində yayılmağa başladı.Bu çantalar çoxlu sayda biserlərlə,muncuqlarla, qiymətli daş-qaşlarla bəzədilirdi.

 

             İlk çantalar 

İlk çantalar

İlk çantalar

 

XX əsr çanta tarixinin çiçəklənmə dövrü hesab olunur.Hansı ki,həmin dövrün çantalarının daha müasir formasından  halhazırda xanımlarımız yararlanır.4 Oktyabr Böyük Britaniyada milli çanta günü kimi rəsmi olaraq təntənəli şəkildə qeyd olunur.Çünki çanta sadəcə aksessuar deyil,o həm də xanımlara təbiətdən gələn ən böyük bəxşişdir.




70-ci illərdən bu günümüzə qədər bizə gəlib çatan torba  çantalar. 
 
 
İlk çantalar

31 may 2011
GO BACK