Qadin.NET / Avstriyalı Anna və Kardinal Rişelye

Avstriyalı Anna və Kardinal Rişelye

 Avstriyalı Anna və Kardinal Rişelye

Müasirləri tərəfindən "Qırmızı Kardinal" adlandırılmış, daha çox kardinal və ya Hersoq de Rişelye kimi tanınan, Fransanın məşhur dövlət xadimi Arman Jan dü Plessi 9 Sentyabr 1585-ci ildə Paris yaxınlığında anadan olub. Onun həyatı ömrünün sonuna kimi əfsanələr, sirrlər və inanılmaz əhvalatlarla əhatə olunmuşdu.
Gəncin iyirmi yaşı tamam olana kimi yaxınları Armanı hərbi karyera üçün hazırlayırdılar. Lakin taleyin qərarı başqa oldu və gələcək hersoq 1607-ci ildə keşiş oldu. Bir neçə il sonra o, krallığa təqdim olundu və monarxı öz parlaq biliyi, natiqlik bacarıqları və şəxsi çəkiciliyi ilə elə valeh etdi ki, kral onu "Müqəddəs Ruh" fəxri ordeni ilə mükafatladıraraq yepiskop elan etdi. Gələcək hersoq gənc, gözəl və istedadlı idi. O, dərhal dostlar qazandı, sarayın nüfuzlu xadimləri ilə əlaqələr qurdu, gözəl nitqi və incə komplimentlər yağdırmaq qabiliyyəti ilə saray xanımlarını valeh etdi. Məlumdur ki, valideynlərinin arzusu ilə Rişelye Rozali de Roşenuar ilə evli idi, lakin onunla ayrı yaşayırdı və yalnız məktublarla əlaqə saxlayırdı. Həyat yoldaşı ilə birlikdə həyat haqqında Arman heç düşünmürdü də - onun həyat yoldaşının gözəlliyi yox idi və o qədər donqar və çirkin üzlü idi ki, Armana yazıqlıqdan başqa heç nə hiss etdirmirdi.
1610-cu ildə IV Kral Henry öldürüləndə yeni fransız kralı doqquz yaşlı XIII Lüdovik oldu. Oğlanın regenti anası Mariya Mediçi təyin edilmişdi. Məğrur, qəddar və sərhədləri olan Mariya sevimli Konciniyə etibar edirdi, lakin onun sevgilisi olsa da, getdikcə daha çox gözəl və gənc yepiskop Rişelyeyə diqqət edirdi.

Avstriyalı Anna və Kardinal Rişelye

Bir neçə il sonra Lüdovik yepiskopu həyat yoldaşının kralıça Avstriyalı Annanın ruhani məsləhətçisi təyin etdi. Gənc kralın arvadı olmuş Anna vətən həsrəti çəkirdi və evlilikdə bədbəxt idi. Hökmdar ər onun üçün çox anlaşılmaz və uzaq idi, gənc kraliça isə getdikcə daha da məzlum və kədərli olurdu. Kral arvadının məyusluq və iztirablarının fərqinə varan yepiskop Rişelye qəribin inamını qazanmağa və onun səmimi dostu olmağa çalışdı. Tezliklə ispaniyalı qadın artıq öz ruh yoldaşına ən məhrəm sirlərini etibar edirdi və Rişelye də öz növbəsində, adlı-sanlı xanımlarla olan gizli əlaqələri və duyğulu sevginin sirlərini Anna ilə bölüşürdü.
Deyirdilər ki, Rişelye o vaxtın ən gözəl qadını hesab edilən kraliçanı ehtirasla sevirdi, lakin çətin ki kraliça ona qarşılıq verirdi. Dostuna yaxın bağlılığına baxmayaraq, Anna ona qarşı sevgi duyğuları hiss etmirdi. Lakin Fransanın ən gözəl və zəngin qadınların bir çoxunun görüşməyə can atdığı, ölkənin ən məşhur sevgililərindən olan yepiskop ürəyini gənc kraliçaya verdi. Ona gizli məktublar yazırdı, şeir və qəsidələr həsr edirdi, istənilən, hətta ən ağlasığmaz hərəkətə də hazır idi.
Bir gün məşhur ürək ovçusuna qarışıq hissləri olan, kraliçanın sevimli freylinlərindən biri Rişelye ilə zarafat etmək qərarına gəldi. O, kralıçanın yepiskopu təlxək geyimində rəqs etdiyini görmək istədiyini Rişelyeyə çatdırdı. Annanın arzusunun həqiqiliyinə bir an belə şübhə etməyən Rişelye axşam sevgilisinin otağına gələrək bir saata yaxın rəfiqəsinin qarşısında oxuyub rəqs edir. Zarafata uğradığını anlayanda isə aşiq hersoq incimir. O, daim kədərli və fikirli olan kraliçaya, o axşam şən və unudulmaz anlar yaşadır və onun çöhrəsindəki xoşbəxt təbəssüm uzun müddət parlayır.
Amma illər keçirdi, kraliça isə dostuna qarşılıqla cavab verə bilmirdi. Əksinə, onların siyasi mübahisələri öz sözünü deyirdi və tezliklə keçmiş dostlar artıq sakit danışa bilmirdilər: onlar küsürdülər, bir-birini günahkar edirdilər və hətta günlərlə danışmırdılar.
Bundan əlavə Anna görürdü ki, ana - kraliça getdikcə keşişin özünə o qədər yaxınlaşmışdı ki, tezliklə onunla sevgi münasibətləri qurdu. Amma onların sevgili əlaqələri uzun sürmədi. Altı ay sonra Mariyaya qarşı hazırlanan qəsddən sonra o, Fransadan sürgün edilmişdi, yepiskop Rişelye isə rüsvay olduğu üçün bir neçə ilini qorxu, qəsd və alçaldılmalar içində keçirdi. 1624-cü ildə Rişelyenin saraya qayıdıraq XIII Lüdovikin məsləhətçisi, eləcə də baş nazir olmasına qədər bir neçə il keçdi. O, on səkkiz il Fransaya hökmdarlıq etdi.
Rişelyenin siyasəti həlledici və kifayət qədər qəddar idi, lakin onun atdığı hər addımı Fransanın xeyrinə idi. Bunu kralın ətrafı da, monarx da yaxşı anlayırdılar. Lakin öz parlaq bacarığı və kralın ona qarşı olan hədsiz inamı ilə hersoq özünə, ona qarşı daim çaxnaşmalar quran çoxsaylı düşmənlər də qazanmışdı.
Rişelyeyə qarşı qurulan qəsdlərdə tez-tez iştirak edən avstriyalı Anna bir gün birdən-birə ictimai işlərdən uzaqlaşaraq gənc kardinal Mazarini ilə ciddi maraqlanır. Eyni zamanda, o, bir oğlan uşağını - Fransanın gələcək kralı olan XIV Lüdoviki dünyaya gətirir. Belə söz gəzirdi ki, uşağın atası kraliçanın sevgilisi idi.

Avstriyalı Anna və Kardinal Rişelye

Kardinal Rişelye artıq hisslərinə qarşılıq gözləmirdi və o vaxtdan kraliça ilə yalnız formal əlaqələr saxlayırdı. Onsuz da zəif olan hersoq, getdikcə özünü daha da pis hiss edirdi: tezləşən revmatik ağrılar və qızdırma onun vücudunu yormuşdu və 1633 -ci ildə həkimlər ona daş xəstəliyi diaqnozu qoydular. Rişelye ömrünün az qaldığını anlayırdı. Lakin həkimlərin ümidsiz proqnozlarına baxmayaraq, o, daha doqquz il yaşadı, hətta işlərini də davam etdirdi. Hersoq 1642-ci ilin dekabrında 57 yaşında sətəlcəmdən vəfat etdi. Deyirdilər ki, onun ölümü çoxlarını sevindirdi, hətta kral da nəhayət rahat nəfəs almışdı. Altı ay sonra XIII Lüdovik də dünyasını dəyişdi. Onun gənc oğlu XIV Lüdovik taxta çıxdı, kralıça avstriyalı Anna ilə onun yanında regent oldu.
Kraliça sevgilisi kardinal Mazarini ilə ölkəni daha bir neçə il idarə etdi, qanuni yoldaşının ölümündən sonra isə sanki gizli şəkildə sevgilisi ilə evləndi. 1661-ci ildə Mazarini vəfat etdikdə, onun oğlu XIV Lüdovik Fransanı tək idarə etməyə başladı, nə zamansa Avropanın ən gözəl xanımı və ürək övçusu hersoq Rişelyenin böyük sevgisi olmuş avstriyalı Anna Val de Qras monastırına gedərək beş il sonra orada vəfat etdi.

5 dekabr 2013
GO BACK