1. Deyək ki, yaramı sarmağa məlhəmin yoxdu,
Yalan da olsa könlümü ala bilməzsənmi? (Mövlana)
2. Dişisinə pis davranan, tək heyvan - insan oğludur. (Cek London)
3. Hər birimiz öz ayaqlarımızın hambalıyıq, başqalarının qüsurlarını qınamayın. (Sədi Şirazi)
4. Dost odur ki, sənin haqqında hər şeyi bilir və hələ də sevməyə davam edir. (Elbert Habbart)
5. Dünya bir güzgüdür və o insana insanın əsl üzünü göstərir. (Migel de Servantes)
6. Sevgi elə bir eynəkdir ki, insana mis qızıl kimi, kasıblıq varlılıq kimi, bir damla qığılcım mirvari kimi görünər. (Migel de Servantes)
7. Bizim ilk təəssüratı dəyişmək üçün ikinci bir şansmız olmayacaq. (Koko Şanel)
8. Səhər yuxudan oyananda və axşam yatanda düşündüyünüz insan ya sizin xoşbəxtliyinizə, ya da əzab çəkməyinizə səbəb olan insandır. (Remark)
9. Əgər sən evlənəcəksənsə və sonra "sola" qaçacaqsansa, ya sən uğursuz bir insansan, ya da axmaq. (İvan Oxlobıstin)
10. Kişi ilə "X-0" oynamaq lazımdır. Əgər ona görə sən "0"-sansa, bu zaman "X" qoymağı bacarmalısan. (Merlin Monro)
12. Hər bir problemin soyadı və atasının adı var. (Stalin)
13. Valideynlər övladlarına bu dünyada onlarsız yaşamağı öyrətməlidirlər. (Frenk Klark)
14. Qaranqlıq da möhtəşəm olur, o vaxt ki onun arxasından işıq görünür. (Serqey Lukyanenko)
15. Uşağa kiçik şeylərdən zövq almağı öyrədən insan geridə çox böyük sərvət buraxıb. (Etienne Gilson)
16. İlk üzr istəyən ən cəsur, ilk bağışlayan ən güclü, ilk unudan ən xoşbəxtdir. (Kiçik İsgəndər)
17. Hər bir şənliyin iki qonağı vardır: Tez getmək istəyənlər və çox qalmaq istəyənlər. Və ən çətini budur ki onlar sənin nigah günündə yanında olurlar. (En Landers)
18. Hər vəziyyətdən çıxış yolu olduğuna inanın. (Norman Vinsent)
19. Sevmədiyin zaman yalnızlıq asandır. (Erix Mariya Remark)
20. Ölüm ayağında biz iki şey üçün məyus olacağıq: az sevib və az səyahət etməyimizə. (Mark Tven)
21. Əgər sən nifrət edəcəksənsə, deməli sənin üzərində qələbə çalacaqlar. (Konfutsi)
22. Ən böyük qələbə insanın öz neqativ düşüncələri üzərindəki qələbəsidir. (Sokrat)