Qadin.NET / Dünyanın ən gözəl 12 körfəzi

Dünyanın ən gözəl 12 körfəzi

Bildiyiniz kimi dünyada gözəlliklər çoxdur. Allahın yaratdığı hər şey - hər canlı və cansız gözəldir. Bu gözəlliklər arasında dağlar, dənizlər, göllər olduğu kimi körfəzlərdə var. İnsanların istirahət etməyi və bu gözəllikləri görüb zövq almağı üçün indiki dövrümüzdə çox gözəlliklər yaradılsa da, dünyada insanların əli dəymədən Allah tərəfindən var olan gözəlliklər də var. Bu gözəlliklərdən olan körfəzləri sizlərlə paylaşmaq istəyirəm, İnşaAllah, Allah hər birimizə bu gözəllikləri görmək üçün imkan yaradar. Buyurun baxın, dünyanın ən gözəl 12 körfəzi.

Dünyanın ən gözəl 12 körfəzi

Taylanda olan Maya körfəzinin 3 tərəfi 100 metr yüksəkliyindəki dağlarla əhatə olunmuş vəziyyətdədir. İçərisində 7 ədəd çimərlik olan bu körfəzdə suyun altında rəngarəng mərcanlar və balıqlar görməyiniz mümkündür. 

Dünyanın ən gözəl 12 körfəzi

Havayda yerləşən Hanauma körfəzi hər il 3 milyon ziyarətçi qəbul edən olduqca məhşur bir körfəzdir. Hanauma dəniz canlılarının qorunduğu təbii qoruma sahəsidir. Ziyarətçilərin dəniz canlılarına toxunması, onlara zərər verməsi qanunla qadağan edilmişdir. Hanaumada 400-ə qədər balıq növünün yaşadığı bildirilir. 

Dünyanın ən gözəl 12 körfəzi

Hanalei körfəzi Hvayda yerləşən Kauai adasının şimal sahilindəki ən böyük körfəzlərdən biridir. Hanalei qəsəbəsi düz körfəzin göbəyində yerləşir. 

Dağlarla əhatələnmiş və içərisinə şəlalənin axdığı bu körfəzin 3 km uzunluğunda ağ qumdan ibarət plyajı var.
Dünyanın ən gözəl 12 körfəzi

Ada körfəzi yeni Zellandiyanın ən məhşur tətil mərkəzlərindən biridir. 144 adası olan bu körfəzdə delfinləri, pinqvinləri və qılınc balıqlarını görməyiniz mümkündür.

Dünyanın ən gözəl 12 körfəzi

Bu körfəz balıqçıların və yaxtaların toplanma yeri olaraq da olduqca məhşurdur.

Dünyanın ən gözəl 12 körfəzi

Montenegrodakı Kator körfəzi turistlər üçün əhəmiyyətli bir cazibə mərkəzidir. Yeddi kiçik körfəzdən ibarət olan Kator Avropanın ən möhtəşəm limanlarından biridir.

Dünyanın ən gözəl 12 körfəzi

Phang Nga körfəzi Taylandda yerləşir. Puket adası və Maya sahilində yerləşən Nga körfəzi 1981-ci ildən bəri qorunma altındadır. 

Dünyanın ən gözəl 12 körfəzi

Phang Nga körfəzi 42 adadan ibarət olan dayaz bir körfəzdir. İçərisində 88 quş və 82 balıq növü qorunur.

Dünyanın ən gözəl 12 körfəzi

Avstriyada yerləşən Palm körfəzi ağ qumlu çimərliyi və mavi rəngli dəniz suyu ilə turistlərin ən çox bəyəndiyi məkanlarından biridir.

Dünyanın ən gözəl 12 körfəzi

Palm korfəzinin gözlərdən uzaq möhtəşəm bir çimərliyi də var.

Dünyanın ən gözəl 12 körfəzi

Vyetnamda yerləşən Ha Long körfəzi YUNESKO-nun dünya misralarından biridir. Ha Long körfəzi fərqli şəkildə və ölçüdə adacıqdan və əhəng daşı kristalından meydana gəlib. 

Dünyanın ən gözəl 12 körfəzi

Körfəz 3.000 əhəngdaşı adacığını içində saxlayır. Adacıqların bir çoxunda müxtəlif mağaralar və oyuqlar var.

Dünyanın ən gözəl 12 körfəzi

Sain Lucia adasının Caribbean sahilində yerləşən Marigot körfəzi dik meşəliklər və təpələrlə əhatəlidir.

Dünyanın ən gözəl 12 körfəzi

Marigot körfəzi fransızlar və ingilislər arasında saysız döyüşlərə şahidlik etmiş tarixi yerlərdən biridir. 

Dünyanın ən gözəl 12 körfəzi

Navagio Yunanıstanın ən məhşur körfəzlərindən biridir. 

Dünyanın ən gözəl 12 körfəzi

Körfəz tamamilə əhəng daşı qayalıqlarından, qumsaldan və duru mavi sudan ibarətdir. Körfəzi ən gözəl qayalıqların başından seyr edə bilərsiniz.

Wineglass körfəzi Avstraliyada yerləşir. Çimərliyinin ətrafında gəzmək cəmi yarım saat alsa da, buna dəyər. 
Dünyanın ən gözəl 12 körfəzi

Villefranche körfəzi Fransada yerləşir. Fransanın ən gözəl körfəzlərindən biri olan Villefranche eyni zamanda ən dərin və təbii limanlardan biridir.

10 yanvar 2014
GO BACK