Qadin.NET / Nəhəng kərtənkələ

Nəhəng kərtənkələ

Hələ bilmədiyimiz, kəşf edilməyən və daha varlığından xəbərimiz olmayan nə qədər canlılar var. Belə kərtənkələ görmüşdünüzmü? Məncə, görməmisiniz, buyurun, baxın. Şırnakın Cizrə ilə Silopi mahalı arasındakı İnci kəndində tarlada işləyən əkinçilər nəhəng bir kərtənkələ tapıb. Boyu quyruğu ilə birlikdə təxminən 1 metr olan kərtənkələ görənləri heyrətə salıb.

Nəhəng kərtənkələ

İnci kəndində Diclə çayının sahilində çalışan işçilər, tarladakı qadınlar yerdə sürünən nəhəng heyvanı görəndə qışqırmağa və qaçmağa başlayır. Qadınlar tarlada böyük bir canavar olduğunu və onu gördüklərini söylədikdən sonra kişilər əllərində çomaqla axtarışa çıxıblar.

Nəhəng kərtənkələ

Təxminən bir saat davam edən axtarışdan sonra kişi işçilər qadınların "canavar" adlandırdığı canlını tapıb çomaqla onu vuraraq təsirsiz hala gətiriblər. İşçilər daha sonra kəndə gətirdikləri heyvanın üzərinə su tökərək ayıldıblar.

Nəhəng kərtənkələ

İlk araşdırmada tapılan heyvanın kərtənkələ olduğu məlum olub. Bundan sonra kəndlilər kənd Əkinçilik Müdirliyinə məlumat verib heyvanı aparmalarını istəyiblər.

Nəhəng kərtənkələ

Daha əvvəllər Şırnakın Silopi mahalında buna bənzər kərtənkələ 2006-cı ildə tapılmışdı. Mütəxəssislər tərəfindən araşdırılan kərtənkələnin Türkiyədə yalnız Şuriya sərhəddinə yaxın Şanlıurfanın Birecik və Ceylanpınar mahalları və Şırnakın Silopi bölgəsində olduğu aşkarlanmışdı.

Nəhəng kərtənkələ

Həmin kərtənkələnin bir neçə başqa şəkillərini də sizlərlə paylaşmaq istəyirəm, buyurun baxın. 

Nəhəng kərtənkələ

Görün necə qorxuncdur. Dərisinə baxın, sanki artıq qocalıb.

Nəhəng kərtənkələ 
Daha bir şəkil, görəsən əllərini buna necə vururlar shok 
Nəhəng kərtənkələ
Allaha canım fəda, necə möcüzələr yaradıb...
10 fevral 2014
GO BACK