Qadin.NET / Sirli məkanlar

Sirli məkanlar

Sirli məkanlar

Tarixçilər 4 min metr yüksəklikdə qurulan Tiahunaco şəhərinin Tanrılar tərəfindən inşa edildikdən sonra Aymara qızıldərililərinə verildiyini ifadə edir. Tarixçilərin zarafatla qarışıq bu iddialarını ortaya atmalarının səbəbi şəhərin necə meydana gəlməsi barədə məlumata sahib olmamalarıdır. Günəş qapısında yer alan 48 heykəldən təqvim kimi istifadə olunduğuna inanılır.

Sirli məkanlar

Boliviyada, And dağlarında 4 min metr yüksəklikdə qurulan Tiahunaco antik şəhəri bu gün də öz sirrini qoruyur. Arxeoloqlar bu şəhəri Aymara qızıldərililərinin inşa etdiyini təxmin edirlər.

Sirli məkanlar

Babur imperatorluğunun hökmdarı şah Cahan vəfat etmiş həyat yoldaşı Mümtaz Mahalın xatirəsinə Hindistanın Jumna çayı sahilində Tac Mahalı inşa etdirmişdir. Əfsanəyə görə, inşası bitdikdən sonra türbəni tikən işçilərin eyni əsərdən birini də inşa etməməsi üçün qolları kəsilmişdir. İndi gənclər sevgilərinin daha da güclənməsi üçün Tac Mahalı ziyarət edirlər.

Sirli məkanlar

Dünyada sirri hələ tam olaraq açılmayan yerlərdən biri də İngiltərənin Salisbury düzənliyində yer alan Stonehengendir. Antik dövrün müdrikliyinin ən əhəmiyyətli simvolu olduğu fərz edilir. Bu quruluş astronomiya, həndəsə, meteorologoya və paqanizmlə əlaqələndirilir.

Sirli məkanlar

İspaniyanın İbiza Adalarındakı T cədvəli şəklindəki bu daşın sirri hələ də məlum deyil. Miladdan əvvəl 1500-cü illərdə qoyulduğu təxmin edilən daşın hansı yaradığı bu günə qədər sirr olaraq qalır. 

Sirli məkanlar

Aralıq dənizində yerləşən Malta adası turistlərin ən çox getdiyi yerdir. Ada tədqiqatçılar üçün sirli yerlərdən biri olaraq qalır. Çünki adada tarixdən öncəki dövrə aid tapıntıların sirrini arxeoloqlar hələ də aça bilmirlər. 

Sirli məkanlar

Machu Picchu bu günə qədər çox yaxşı qorunmuş antik şəhərdir. Peruda, And dağlarında 2 min 260 metr yüksəklikdə inşa edilib. 1532-ci ildə ispanlar həmin torpaqları işğal edərkən dağlar arasında qaldığı üçün əsgərlər tərəfindən fərq edilməmiş və bunun sayəsində də heç bir zərər görməmişdi. Machu Picchu 200-dən çox nərdivan sistemiylə bir-birinə bağlı olan daş quruluşdan meydana gəlmişdir. Şəhərin 3000 ədəd nərdivanı bu günə qədər hələ də çox yaxşı vəziyyətdədir.

Sirli məkanlar

Almaniyanın Şimali Reyn-Vestfaliya əyalətində Teutoburger meşəsində yerləşən yan-yana düzülmüş 13 qayanın sirri hələ də açılmayıb. Qayaların 120 milyon il əvvəl meydana gəldiyi təxmin edilir. Bu mistik yerin bir zamanlar almanların mədəniyyət şəhəri olduğu güman edilir.

Sirli məkanlar

Çin Səddi 6 min 350 kilometr uzunluğundadır və düyanın ən uzun quruluşu adını daşıyır. 1850 il əvvəl inşa edilən divarın nə üçün tikildiyi tam bəlli deyil. Çinlilərin şimal qoşunları olan türklərdən qorunmaq üçün bu divarı inşa etdiyi güman edilir. 

Sirli məkanlar

Fransanın Bretagne bölgəsində yerləşən bu daşlar bu gün hələ də sirrini qoruyur. Daşların Miladdan öncə 6000-1800-ci illər arasında bura yerləşdirildiyi təxmin edilir. Ancaq daşların bura necə yerləşdirildiyi hələ də öz sirrini qoruyur.

31 dekabr 2013
GO BACK