Qadin.NET / Çox sevilən içki - kapuçino

Çox sevilən içki - kapuçino

Kapuçino çoxlarımızın sevdiyi içkilərdəndir. O, Latteyə bənzər qəhvədən hazırlanan içkidir. Latte İtaliyan içkisi olub espresso kofedən və süddən ibarətdir. Kapuççinonun Lattedən fərqi əlavə olunan südün isti olmasıdır. Bu ad ona "Capuchin" adlı rahibin şərəfinə verilib. Kapuçinonun Avropadan digər dövlətlərə yayılması II Dünya müharibəsindən sonra olub və bu içki şərq dövlətlərində də qərbdəkindən az sevilməyib.

Standart kapuçino hazırlamaq üçün ilk öncə espresso hazırlayıb, üzərinə isidilmiş və üzəri çox köpürdülmüş süd əlavə olunur.

Çox sevilən içki - kapuçino
Çox sevilən içki - kapuçino
Çox sevilən içki - kapuçino

Espresso xüsusi maşının köməyi ilə hazırlanır. Esperesso maşını su qabı, su isidicisi, nasos və qəhvə qabından ibarətdir.

Kapuçino hazırlaya bilən maşınlarda əlavə olaraq südü köpürtmək üçün buxar vannası və buxar qolu da olur.

Espresso hazırlandıqdan sonra yarım fincan qəhvənin üzərinə isidilmiş və köpürdülmüş süd və ya qaymaq əlavə olunur. Köpürdülmə prosesi çətin olduğundan kapuçino espressodan hazırlanan içkilər içərisində ən çətini hesab olunur. Espressoya çox miqdarda süd əlavə olunarsa, hazırlanmış kapuççino kapuçino chiaro, az südlü olarsa kapuçino scuro adlanır.

Çox sevilən içki - kapuçino

Hər evdə belə maşın yoxdur və çoxlarımız üzərində "Kapuçino" yazılmış hazır qablaşmalardakı tozlardan istifadə edirik. Amma qeyd edim ki, bu, əsl kapuçino deyil, sadəcə, bu dada bənzədilmiş kofedir.

Sizlərə peşəkarlar tərəfindən hazırlanmış kapuçinoları təqdim etmək istəyirəm.

Çox sevilən içki - kapuçino

Ustalıqla tökülmüş qaymaq bir fincanda möcuzələr yarada bilər.

Çox sevilən içki - kapuçino

Bu fincanda peşəkar qəhvə ustası ürək rəsmi yaratmış və sevənlərə təqdim edərək şöhrətini daha da artırmışdır.

Çox sevilən içki - kapuçino

Musiqiçilər çox xəyalpərəst olur və incə məqamlar onlara dərin təsir bağışlayır. Çox gözəl sənətdir, deyilmi?

Çox sevilən içki - kapuçino

Bu bir fincan kapuçino Yeni il əhval-ruhiyyəsini artırır!

Çox sevilən içki - kapuçino

Kapuçino  və yağlı peçenye bir-birini gözəl tamamlayır. Hələ üzərində belə gözəl gül rəsmi olarsa, daha da möhtəşəm olur.

Çox sevilən içki - kapuçino

Daha bir əl işi - mümkün olsa, üzərindənki tacı hazırlayan ustanın başına qoyardım.

Çox sevilən içki - kapuçino

Bir fincanda belə rəsmlər nizamla tökülmüş süd və ya qaymağın hesabına olur. Qalan digər bəzək elementləri üyüdülmüş darçın və kakao sayəsində işlənir.

Evdə hazırlanan kapuçino:

Lazım olan ərzaqlar (250 ml. fincan üçün) :

2 dolu çay qaşığı qəhvə
5 çay qaşığı şəkər tozu
2 çay qaşığı soyuq su

Süd və ya su (zövqünüzdən asılıdır)

2 çay qaşığı su 5ml.dir, bunu ölçü qabının köməyilə töksəniz daha dəqiq olar. Qəhvə, şəkər tozu və su fincanda ağ köpük alınana qədər təxminən 1-2 dəqiqə çalınır. 

Ağ qarışıq alınandan sonra süd və ya su tökülüb qarışdırılır. Bir neçə saniyə gözləmək lazımdır ki, köpüyü üzünə yığılsın.
Çox sevilən içki - kapuçino
 
Çox sevilən içki - kapuçino
 
Çox sevilən içki - kapuçino
 
Çox sevilən içki - kapuçino
 
Çox sevilən içki - kapuçino
 
Çox sevilən içki - kapuçino
26 fevral 2016
GO BACK